Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6884

Digər sorğular

Türkiyə Suriyanı yenə bombaladı: PYD Ankaranın tələblərini rədd etdi -VİDEO

15:12  |    15 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Türkiyə Silahlı Qüvvələri növbəti dəfə PYD/PKK terror təşkilatının Suriyanın Hələb şəhərinin Azez qəsəbəsindəki mövqelərinə artilleriya zərbələri endirib.

APA TV-nin xəbərinə görə, bu barədə Türkiyənin rəsmi Anadolu Agentliyi məlumat yayıb.

Faktı Türkiyənin baş naziri Əhməd Davudoğlu da təsdiqləyib. Onun sözlərinə görə, YPG dərhal Azez qəsəbəsinin ətrafını tərk etməli və bura bir daha yaxınlaşmamalıdır. “Onlar həmçinin humanitar dəhlizi açmalı və bir daha ora yaxınlaşmamalı, “Minnak” aeroportundan Türkiyə və Suriya müxalifətinə qarşı istifadə etməməlidirlər. Bu aeroport dərhal azad edilməlidir” - deyə Davudoğlu bildirib.



Terror qruplaşmasının siyasi qanadı olan PYD-nin həmsədri Salih Müslim rəsmi Ankaranın tələblərini rədd etdiklərini açıqlayıb. Müslim “suriyalıların Türkiyənin müdaxiləsinə qarşı dirənəcəklərini” bildirib.

Bu arada ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin Suriyadakı son vəziyyəti müzakirə ediblər. Telefon danışığında Putin Obamaya terrora qarşı birgə mübarizə aparılmasının vacibliyini bildirib. Həmçinin prezidentlərin Münhen Təhlükəsizlik Konfransında Suriya ilə bağlı qəbul edilmiş qərarların həyata keçirilməsi ilə bağlı həmfikir olduqları qeyd edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.05.2020
Putin varisi deyilən nazirə söz verəndə qələmini atdı - Video
24.05.2020
Putinin xoşuna gəlirəm, amma... - Tramp
24.05.2020
Sabiq spiker koronavirusdan öldü
22.05.2020
Azərbaycanda polis özünü asdı - SƏBƏB - FOTO
12.05.2020
Kamil Zeynallı həbs edildi - FOTO