Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

ETSN: Qonşu dövlətlərin Kürün suyunu çirklətməsi Azərbaycan üçün böyük problemlər yaradır

21:58  |    13 Fevral 2016  |   E-mail  |  Çapa göndər


"Azərbaycan və Gürcüstan arasında Kür çayı hövzəsinin su ehtiyatlarının mühafizəsi və davamlı istifadəsi sahəsində əməkdaşlıq üzrə işlər davam etdirilir".

Qaziler.az bildirir ki, bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekologiya və təbiəti mühafizə şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov deyib.
Sektor müdiri qeyd edib ki, bu işlərə 2010-cu ildən başlanılıb: "İndiyə qədər Bakıda və Tbilisidə ikitərəfli məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xarici İşlər Nazirliyi və başqa qurumların mütəxəssisləri iştirak ediblər. Layihənin ilk mərhələsində Gürcüstan tərəfinin tam razılaşması mümkün olmayıb. Hazırda Azərbaycan tərəfi saziş sənədi layihəsinin Gürcüstan tərəfindən razılaşdırılmasını və son görüşü gözləyir. Müsbət fikir olsa yəqin ki, sənəd imzalanacaq.
"İki ölkə arasında razılaşdırılacaq sənədin əsas mahiyyəti Kür çayının su ehtiyatının mühafizəsi və davamlı istifadəsidir" - deyən sektor müdiri xatırladıb ki, Kür çayı sərhəddən keçən çaydır, o çay Gürcüstan ərazisindən Azərbaycana daxil olur: "İmzalanacaq sənəd Kür çayının suyunun istifadəsi, idarə olunması, çirklənməsi qarşısının alınması, qarşılıqlı monitorinq sisteminin yaradılması, suyun keyfiyyətinə nəzarətin artırılması, əlaqədar qurumların bu işə cəlb olunması və sahələr üzrə əməkdaşlığa imkan verəcək. Saziş qəbul olunsa, Kür çayının su ehtiyatlarının birgə mühafizəsi ilə bağlı qarşılıqlı birgə fəaliyyətlər həyata keçiriləcək. Bu da bizim dövlətimiz üçün çox mühümdür, çünki Azərbaycan aşağı axında yerləşir, qonşu dövlətlərin Kürün suyunu çirklətməsi Azərbaycan üçün böyük problemlər yaradır".
O qeyd edib ki, Azərbaycanın su resurslarının 80 faizi Kür çayı və onun qollarının payına düşür: "Son illər böyük tənzimləyici alətlər, stansiyalar quraşdırılıb, sular təmizlənir. 2007-2016-cı ilə qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyi 384 kənddə sutəmizləyici qurğu quraşdırıb. Hazırda 625 mindən çox əhali bu içməli sudan istifadə edir".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər
17.09.2019
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır