Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6698

Digər sorğular

İlhamə Quliyevanın köməkçisinin həbs müddəti uzadılıb

17:39  |    13 Fevral 2016  |   E-mail  |  Çapa göndər


Bu gün Səbail rayon Məhkəməsində xalq artisti İlhamə Quliyevanın həbsdə olan köməkçisi Mehriban Hüseynovanın barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb.

Qaziler.az-ın məlumatına görə, vəkil Vasif Mirzəyev APA-ya bildirib ki, prosesdə müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılacağı təqdirdə onun ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verib.

Məhkəmə vəsatəti təmin etməyib. Mehriban Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 3 ay müddətinə uzadılması barədə qərar qəbul edilib.

Vəkil bazar ertəsi qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.02.2020
“Yeni Üfüq” Xocalı şəhidlərini andı
16.02.2020
“Paşinyan yalan danışır, mən elə söz deməmişəm” - Ayaz Mütəllibov
16.02.2020
Ermənistanın keçmiş müdafiə naziri: “Münhen debatı məni məyus etdi”
16.02.2020
Müxaliflərdən Əsədə zərbə: Yüzlərlə ölü...
16.02.2020
Bakıya qayıdan iki nəfərdə yüksək temperatur aşkarlandı