Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

Lukaşenko: “Belarus Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlıq etməyə hazırdır”

19:44  |    10 Mart 2015  |   E-mail  |  Çapa göndər

“Belarus Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlıq etməyə hazırdır”.
BELTA-nın verdiyi məlumata görə, bunu Azərbaycan baş nazirinin I müavini Yaqub Eyyubovla görüşdə Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.

“Biz ölkənizə, rəhbərliyinə çox etibar edirik və bütün istiqamətlərdə əməkdaşlıq etməyə hazırıq. Bizim üçün qapalı mövzu yoxdur”, - deyə o vurğulayıb.

A. Lukaşenko qeyd edib ki, Belarusla Azərbaycan yaranan bütün problemləri həmişə uğurla həll ediblər: “Bütün çətinliklərə baxmayaraq, ötən il ticarət dövriyyəmiz artıb. Azərbaycanla ticarət bizim üçün çox sərfəlidir”.

Azərbaycanda istehsal sahələrini yaratmağa və Azərbaycan investisiyalarını Belarusda qəbul etməyə hazır olduqlarını deyən A. Lukaşenko Azərbaycanda Belarus traktorlarının, yük avtomobillərinin və liftlərin istehsalı üzrə birgə müəssisələrin fəaliyyət göstərdiyini xatırladıb. Belarus prezidenti bildirib ki, növbəti mərhələdə birgə məhsulun üçüncü ölkələrə, Qafqaz regionuna çıxarılması məsələsi dayanır.

A. Lukaşenko həmçinin Azərbaycan tərəfinə göstərilən dəstəyə görə təşəkkür edib: “Siz həmişə bizi dəstəkləmisiniz. Biz azərbaycanlı qardaşlarımıza eyni münasibət sərgiləyəcəyik”.

Öz növbəsində Y. Eyyubov Belarusu hamını özünə cəlb edən ölkə kimi xarakterizə edib. “Əgər siz digər təbii resurslara malik olsaydınız, fikrimcə, Belarus dünyada birinci ölkə olardı”, - deyə o vurğulayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
İranda benzinin qiymətinin qaldırılması etirazla qarşılanıb
16.11.2019
Türkiyədə Əl-Bağdadinin 25 qohumu tutulub
16.11.2019
Qonşuda benzin bahalaşdı: Əhali ayağa qalxdı
16.11.2019
Bill Qeyts yenidən dünyanın ən varlı adamı oldu
15.11.2019
Ərinin ona xəyanət etdiyini oxuduğu romandan anladı: evdəki halı, əlinin tərləməsi...