Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Bakıda dollar dəyişən bankomat işə düşdü

01:21  |    13 Fevral 2016  |   E-mail  |  Çapa göndər


Kapital Bank 24/7 rejimində xidmət göstərən elektron xidmət mərkəzini istifadəyə verib. Müştərilərin rahatlığını təmin etmək məqsədilə yaradılan mərkəz paytaxtın Nərimanov rayonunda Ağa Nemətulla küçəsi 54 ünvanında yerləşir.

Qaziler.az Xəzər Xəbər-ə istinadən bildirir ki, həftənin 7 günü, günün 24 saatı ərzində xidmət göstərən elektron xidmət mərkəzində maddi vəsaitin karta mədaxil olunması (cash in), vəsaitin nağdlaşdırılması üzrə valyuta əməliyyatları aparmaq mümkündür. “Cash in” əməliyyatı üzrə 1 dəfəyə karta maksimum 50 ədəd əskinas mədaxil etmək mümkündür. Vəsait hesabın açıldığı valyuta ilə karta mədaxil edildikdə heç bir komissiya haqqı tutulmur. Digər hallarda müvafiq konvertasiya faizləri tətbiq edilir. Tariflərlə buradan tanış olmaq olar.

Valyuta mübadiləsi bankomatlarında AZN,USD,EUR valyutaları qəbul edilir, bunun müqabilində isə AZN,USD,EUR valyutasında əskinasları almaq mümkündür. Qeyd edilən ünvanda həmçinin ödəniş terminalları da quraşdırılıb. Ödəniş terminalları vasitəsilə müştərilər kredit və kommunal xidmət ödənişlərini də həyata keçirə bilərlər. Mərkəzdə, həmçinin Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişini etmək mümkündür.

Qeyd edək ki, bundan əvvəl 24/7 elektron xidmət mərkəzi Bakı şəhəri, Azadlıq prospekti 16 ünvanında istifadəyə verilib. Bakı şəhərində 2 saylı “Səbail”, 2 saylı “Nizami” və “Mərkəz” filiallarının daxilində isə 24 saat xidmət göstərən ödəniş terminalları və bankomatlar müştərilərin ixtiyarındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Kapital Bankın müştəriləri kredit ödənişlərini “e-pul.az”, “kassam.az”, “hesab.az” portalları ilə yanaşı “eManat” və “MilliÖn” terminallarında, habelə Kapital Bankın filiallarında və pay.kapitalbank.az saytında həyata keçirə bilərlər. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər
17.09.2019
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır