Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Mətbuat Şurası bəzi media qurumları ilə bağlı qərar verib

21:25  |    12 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası iclasını keçirib.

Şuradan Lent.az-a verilən məlumata görə, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiyanın üzvləri 3 kütləvi informasiya vasitəsi barədə müraciətləri araşdırıblar.

Öncə «Medaz.az» saytı ilə bağlı iki şikayətə baxılıb. Komissiya həm 48 saylı Notiriat Kontorunun, həm də Bakı şəhər 223 saylı körpələr evi - uşaq baxçasının narazılığını doğuran yazıların «reket jurnalistika»ya xas tərzdə təqdim olunduğu qənaətinə gəlib. Belə ki, hər iki mətbu materialda kifayət qədər ciddi ittihamlar yer almasına baxmayaraq sayt bunların nə dərəcədə həqiqətə uyğunluğunu təsdiqləyə biləcək sənədlərə, dəlil-sübutlara istinad etməyib. Əksinə qüsurlu materialları müvafiq qurumlara ünvanlamaqla onların təhdidlərə məruz qalmasına cəhdlər göstərib.

İclasda bütün bunlar əsas götürülərək məsələnin MŞ-nin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiasınında da araşdırılması məqsədə müvafiq sayılıb. Bu komissiyanın təqdimatında «Medaz.az» saytının adının Mətbuat Şurasının «qara siyahı»sına salınması üçün hansı əsasların olduğuna aydınlıq gətiriləcək.

Şikayətlər üzrə Komissiya «Korrupsiya və cəmiyyət+» qəzeti barədə də eyni rəyi çıxarıb. MŞ-yə daxil olan müraciətdə mətbu nəşr rəhbərliyinin jurnalist fəaliyyətinə kölgə salan işlə - diplom satışı ilə məşğul olduğu göstərilsə də o, müzakirəyə qatılmayıb. Buna görə məsələnin araşdırılması Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasına həvalə edilib.

Gəncə Dəmiryolu Vağzalının «Xeberinfo.com» saytı barədə müraciətinin müzakirəsində bu KİV-ə qarşı tərəfin mövqeyinin təqdimatı tövsiyə olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Deputatların pensiyaları da artacaq
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər