Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Qarabağdakı Britaniya şirkətlərinin SİYAHISI bu ölkənin hökümətinə verilib

20:58  |    12 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Londonda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ticarət və İnvestisiyalar üzrə dövlət naziri Fransis Modla görüşüb.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı Ş. Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb. O, Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən Böyük Britaniya şirkətlərinin siyahısını F. Moda təqdim edərək, bunun yolverilməz olduğunu, Böyük Britaniya hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlərin görülməli olduğunu qeyd edib.

Bundan başqa, görüşdə Azərbaycan və Böyük Britaniya arasında mövcud iqtisadi əlaqələr, əməkdaşlığın genişləndirilməsi perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

F. Mod Hökumətlərarası Komissiyanın iclası və ikitərəfli görüşlər çərçivəsində aparılan müzakirələrin ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd edib, əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Deputatların pensiyaları da artacaq
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər