Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

Almaniyadakı dağ yəhudilərindən “erməni soyqırımı” ilə bağlı sərgiyə etiraz

14:53  |    05 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Almaniyadakı Dağ Yəhudiləri İcması İctimai Birliyinin sədri Orxan Şafadiyayev bu ölkənin Loytershauzen şəhərində keçmiş Loytershauzen sinaqoqu dairəsi tərəfindən yanvarın 31-dən fevralın 26-dək “Birinci Dünya Müharibəsi və ermənilərə qarşı soyqırımı” sərgisinin keçirilməsi ilə bağlı bu təşkilata etiraz məktubu ünvanlayıb.

QAZILER.AZ -ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, etiraz məktubunda deyilir: “Azərbaycan yəhudiləri olaraq bildiririk ki, sərginin 26 fevral tarixinə qədər davam etməsi yəhudi və Azərbaycan xalqlarına qarşı təhqirdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərinə hücum edərək XX əsrin ən dəhşətli faciələrindən birini törədiblər. Faciə zamanı 85-i uşaq və 106-sı qadın olmaqla 613 günahsız mülki şəxs amansızlıqla qətlə yetirilib. Bu dəhşətli cinayətin qurbanları hər il 25-26 fevral tarixlərində dünyanın müxtəlif ölkələrində yad edilir. İndiyədək Azərbaycan ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yəhudi xalqı da itkilər verib. Bu ədalətsizliyi dəstəkləmək rüsvayçılıqdır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı
16.11.2019
Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib
16.11.2019
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir
16.11.2019
Telejurnalist "AzerGold"a mətbuat katibi təyin olundu
16.11.2019
Nazir Ağayevin yerinə onu rəis təyin etdi