Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6961

Digər sorğular

AMEA-nın institutları birləşdirildi

23:09  |    04 Fevral 2016  |   E-mail  |  Çapa göndər


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Qaziler.az bildirir ki, Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iclasda AMEA Biologiya və Tibb Elmləri, Yer Elmləri və Aqrar Elmlər bölmələrinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinə dair hesabatları dinlənilib. Hesabat məruzələrində sözügedən bölmələrin həm fundamental elmi tədqiqat işləri, həm də tətbiqi xarakterli elmi-texniki tədqiqatları haqqında məlumat verilib, bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib.

Tədbirdə müzakirə olunan növbəti məsələ Akademiyanın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Eroziya və Suvarma İnstitutunun birləşdirilməsi barədə olub. Rəyasət Heyəti adları çəkilən institutların birləşdirilərək Torpaqşünaslıq və Aqrokimya İnstitutu adlandırılmasını məqsədəuyğun hesab edib və bu barədə AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul edib.

İclasın sonunda kadr məsələlərinə də baxılıb. Rəyasət Heyətinin qərarına əsasən, Bayram Babayev AMEA-nın Akademiya şəhərciyinin direktoru vəzifəsinə təyin edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.07.2020
Ermənilər Yerevandakı Ukrayna səfirliyinə hücum etdilər - VİDEO
15.07.2020
Ermənistan vətəndaşı Naxçıvana keçib - VİDEO
15.07.2020
Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxub, 7 nəfər isə vəfat edib
15.07.2020
Fransanın ölkəmizdəki səfiri XİN-ə çağırılıb - Ona etiraz bildirildi
15.07.2020
Naxçıvan istiqamətində düşmənin hərbi nəqliyyat vasitəsi məhv edilib - VİDEO