Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Şamaxıdan Gürcüstan sərhədinə qədər böyük gərginlik toplanır - TƏHLÜKƏ

20:55  |    04 Fevral 2016  |   E-mail  |  Çapa göndər

"Bu, güclü zəlzələlərin baş verməsinə yol aça bilər”

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında AMEA-nın Yer Elmləri Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti müzakirə edilib.


APA-nın məlumatına görə, AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov deyib ki, 2015-ci ildə Yer Elmləri Bölməsinə daxil olan institutlar tərəfindən radon təhlükəsinin azaldılması istiqamətində ölkə üzrə tədqiqatlar aparılıb, təhlükəli zonalar ayırd edilib.

Masazır qəsəbəsində qaz sızması rayonunda tədqiqatlar aparılıb, təhlükəli zonalar müəyyənləşdirilib və hökumətə təkliflər verilib. Keçən il 14 elmi problemi əhatə edən 35 mövzu üzrə tədqiqatlar aparılıb, 5 mövzu tamamlanıb. Bölmədə 4 mühüm nəticə əldə edilib. Məsələn, ilk dəfə olaraq real hidravliik sistemlərdə mənfi təzyiq dalğaları qeydə alınıb, Bayılda amfiteatrında monitorinq aparılıb, zəlzələ və sürüşmələr zamanı geomorfologiyanın necə dəyişdiyi təhlil olunub: “Respublika Seysmoloji Xidmət Mərkəzi qarşılarına qoyulan vəzifələri uğurla yerinə yetirirlər. Mərkəzin sistemi dünyada ən güclü seysmik stansiyalar sisteminə daxil edilib. Keçən il Azərbaycanda baş verən 3 güclü zəlzələnin də parametrləri öyrənilib. Ümumiyyətlə, 2015-ci il çox seysmik aktiv il olub. Keçən il ən güclü zəlzələ 5,9 maqnitudalı Şəki zəlzələsi olub. Aparılan tədqiqatlar göstərdi ki, Şamaxıdan başlamış Gürcüstan sərhədinə qədər böyük proseslər gedir, gərginlik toplanır. Belə qərara gəldik ki, proses belə getsə, bu, güclü zəlzələlərin baş verməsinə yol aça bilər”.

F. Qədirov qeyd edib ki, Azərbaycan peyk sistemindən Yer Elmləri Bölməsinin elmi problemlərinin həllində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin yeni məlumatları geniş istifadə edilməlidir.

Bölmənin hesabat məruzəsi dinlənildikdən və müzakirə olunduqdan sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib və AMEA-nın illik hesabatına daxil edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.11.2019
Sahil Babayev Kürdəmirdə vətəndaşlarla görüşəcək
14.11.2019
Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
14.11.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Dünya dini liderlərinin II Sammitində iştirak edirlər
14.11.2019
Yeni doğulan uşaqlara 500 manat verilsin! - Milli Məclisdə TƏKLİF
13.11.2019
Oqtay Əsədov Sahil Babayevə: "Yerlibazlıq edib sənə imkan yaratdıq..."