Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

Qarabağ qaziləri Ramil Usubova müraciət etdi – nömrəsiz avtomobillərlə bağlı

20:42  |    04 Fevral 2016  |   E-mail  |  Çapa göndər

QAZİLER.AZ saytına “Qarabağ qaziləri” birliyindən verilən məlumata görə, Bu gün “Qarabağ qaziləri” birliyi Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubova dövlət nömrə nişanı olmadan avtomobil idarə edən şəxslər barədə müraciət edib. Müraciətdə deyilir:

“Cənab Nazir!
Bildiyiniz kimi, 1998-ci ildən başlayaraq dövlət tərəfindən Qarabağ qazilərinə (əlillərinə) pusluz avtomobillər verilir. İlk illərdə Rusiyada istehsal olunan “”OKA”, ardınca “Tavriya”, son illər isə Naxçıvanda istehsal olunun “NAZ Lifan” markalı avtomobillər verilməkdədir. Sevindirici haldır ki, əvvəllər yalnız Qarabağ əlillərinə verilən pulsuz avtomobillər, hazırda 20 yanvar, Çernobıl, Əfqanıstan əlillərinə, Böyük Vətən Müharibəsi iştirakçılarına da verilməyə başladı. Onu da bildirək ki, bu günə qədər 6 minə yaxın insan dövlət tərəfindən belə avtomobilə təmin edilib. Biz “Qarabağ qaziləri” birliyinin rəhbərliyi də əlillərə avtomobillərin paylanması prosesində iştirak edirik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev başda olmaqla bu işdə zəhməti olan hər kəsə minnətdarlığımız bildirmişik və bu gün də bildiririk.

Avtomobillər əlillərə verilərkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər bir əlilə fərdi şəkildə dövlət nömrə nişanı almaq üçün sənəd təqdim edilir. Əlillər də həmin sənədlə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə gedərək dövlət nömrə nişanı alaraq avtomobilini idarə etməlidir.

Ancaq çox təəssüf ki, biz bu gün ölkəmizdə dövlət nömrə nişanı olmadan idarə edilən çox sayda əlil avtomobilləri ilə rastlaşırıq. Belə hallar rayonlarda daha çoxdur. Bəzi insanlar dövlətin Qarabağ əlillərinə göstərdiyi diqqət və qayğından öz məqsədləri naminə sui-istifadə edərək döyüşçüləri gözdən salır. Bu da bizi narahat edir. Düşünürük ki, dövlət nömrə nişanı olmadan avtomobil idarə edilməsi yolverilməzdir.

Ən acınacaqlısı isə odur ki, müxtəlif markalı avtomobillərə (yük maşınları da daxil) əlil emblemi vurularaq idarə edilməkdədir. Bizdə olan məlumata görə, onların heç də hamısı əlil deyildir.

Cənab Nazir!

Xahiş edirik, kimliyindən və əlillik dərəcəsindən asılı olmayaraq, dövlət nömrə nişanı olmadan idarə edilən avtomobillərin saxlanması və qanun çərçivəsində tədbir görülməsi üçün çox ciddi tapşırıq verəsiniz.”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı
16.11.2019
Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib
16.11.2019
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir
16.11.2019
Telejurnalist "AzerGold"a mətbuat katibi təyin olundu
16.11.2019
Nazir Ağayevin yerinə onu rəis təyin etdi