Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6574

Digər sorğular

Şəmistan Əlizamanlıya Qazi təbriki

18:04  |    04 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Hər şeyin adisi olduğu kimi, qeyri-adisi də var. İnsanlar, təbiətdə olanlar, bir sözlə allahın yaratdığı və verdiyi hər şey adi və qeyri- adidir. Sənətdə də belədir, istedad göstəricilərindən törəyən sənətdə də belədir. Elə sənətkarlar da. Qeyri -adilik birinin qazandığı adlara və titullara görə bilinməz. Məsələn, Hüseyin Bolt dünyanın gəlmiş keçmiş ən surətli atleti olsa da, adi atletddir.

SSRİ, Azərbaycan miqyaslı xalq, əməkdar və digər fəxri adları olmasına baxmıyaraq, müğənilərin də əksəriyyəti adi müğənnidir. Bəs qeyri- adi olanlar hansılardır? Məsələn, qeyri - adi atlet Hüseyn Boltun olimpiya birinciliyində rəqibi olan və ondan azacıq geri qalan bir ayağı protez olan atletdir. Bizim müğənilərin də içərisində qeyri- adiləri var. Qədir Rüstəmov, Səxavət Məmmədov, Flora Kərimli və çox az olan başqaları...

Şəmisttan bəy siz də qeyri adi sənətkarsız. Amma bütün qeyri- adi sənətkarlardan bir fərqiniz var, bu da sizin qeyri- adiliyinin belə, qeyri - adi olmasıdır. Açması daha maraqlı və gözəldir. Mənə bir nəfər göstərin ki, onun varlığı bir cəmiyətdə, dillindən, dinindən, irqindən, siyasi və içtimayi mövqeyindən asılı olmayaraq hamı üçün eyni dərəcədə şirindir. Mənə elə adam göstərin ki, o, sadəcə, oxuyur, amma onun oxumağı, onun səsi on minlərlə fərqli düşüncə sahibi olan insanı bir amala yönəldir - Vətən üçün Cihad!

Mənə elə bir qeyri-adi müğənni göstərin ki, onun səsi taqətdən düşmüş bir ordunu şəhadət bahasına olsa belə, ölümün və qorxunun üzərinə yeritsin.

Şəmistan bəy, sənin səsin bizi vətənimizə bağlayan qırılmaz zəncirlərdən biridir. Sənin səsin fərqli idiolojilərin ortaq nöqtəsidir. Sənin səsin Azərbaycan ordusunun ruh silahıdlr. Sənin səsin qismət olarsa, qazanacağımız qələbənin zəfər bayrağıdır. Allah səni bizim xalqımıza öz lütfü olaraq yaratmışdır. Sən xalqımızın mükafatısan. Allah səni bizə çox görməsin. Doğum günün mubarək qardaşım!

Firudun Qazi

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.11.2019
Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə aşağıdır - FAKTİKi HAVA
22.11.2019
Nazir: "Kobud pozuntulara yol verən 6 hakim vəzifədən azad edilib"
21.11.2019
Prezident İlham Əliyev: “Gələn il minimum 3 min köçkün ailəsi yeni evlərə köçəcək”
21.11.2019
Azərbaycanda Ombudsman dəyişir, üç nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
21.11.2019
“Alı zirvəsi" filminin təqdimatı keçirilib - FOTO