Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6561

Digər sorğular

Azərbaycanda istifadəsiz torpaq sahələrinin sahibləri CƏZALANDIRILACAQ

18:15  |    04 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Torpaq sahəsinin ardıcıl olaraq iki il və daha artıq müddətə istifadəsiz qalması inzibati məsuliyyətə səbəb olacaq.

Prezident İlham Əliyevin 2015-ci il yanvarın 27-də keçirilmiş regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda istifadə edilməyən kənd təsərrüfatı təyinatlı torpaqların təsərrüfat dövriyyəsinə cəlb edilməsi üçün tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, nazirlik tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Torpaq Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələri hazırlanıb, müvafiq qurumlarla razılaşdırılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunub.

Dəyişiklik aşağıdakı məzmundadır:

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əlavə olunan maddədə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (örüş, otlaq və biçənək sahələri istisna olmaqla) istifadə edilməsinə dair tələblər müəyyənləşdirilmişdir. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin istifadəsiz qalması ictimai mənafelərə ziddir. Belə torpaqların ardıcıl olaraq iki il ərzində istifadəsiz qalmasına yol verilmir. Mülkiyyətçi (sahib), icarəçi və ya istifadəçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində torpaq sahəsinin ardıcıl olaraq iki il və daha artıq müddətə istifadəsiz qalması inzibati məsuliyyətə səbəb olması nəzərdə tutulur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.11.2019
Qaz xətti zədələndi, 9 kənd qazsız qaldı
14.11.2019
Kərəm Həsənov qazilərin haqqını bərpa etdi - VİDEO
14.11.2019
Əməliyyat təlimi çərçivəsində HDQ qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO
14.11.2019
Sabir Rüstəmxanlı qardaşının Almaniyada saxlanılmasından DANIŞDI
14.11.2019
Şair Şamxal Rüstəm vəfat etdi (FOTO)