Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6574

Digər sorğular

ATƏT sədri: “Ermənistan və Azərbaycan arasında toqquşmalar narahatlıq doğurur”

16:12  |    04 Fevral 2016  |   E-mail  |  Çapa göndər

“Ermənistan və Azərbaycan arasında təmas və sərhəd xəttində baş verən silahlı toqquşmalar narahatlıq doğurur”.

APA-nın xəbərinə görə, bunuATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer “The Huffington Post”da nəşr olunan “ATƏT Avropanın təhlükəsizliyi üçün niyə əvəzedilməzdir?” başlıqlı yazısında bildirib.


Müəllif qeyd edib ki, Dnestryanı, Dağlıq Qarabağ kimi münaqişələr bütünATƏT məkanında çətinliklərə və durğunluğa gətirib çıxarır: “Biz atəşkəsi stabilləşdirmək, etimad qurmaq, kiçik, lakin əməli nəticələri olan addımlar ataraq, eləcə də iqtisadi mübadilələri genişləndirərək insanların gündəlik həyatlarını inkişaf etdirmək istəyirik. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, təmas və sərhəd xəttində baş verən silahlı toqquşmalar narahatlığa səbəb olur. Almaniya ATƏT-in Minsk Qrupunun himayəsi ilə danışıqların intensivləşdirilməsinin tərəfdarıdır. Bununla bağlı ən mühüm addımlardan biri atəşkəs rejiminin pozulması ilə bağlı mexanizmin yaradılmasıdır”.

F. V. Ştaynmayer ATƏT-ə sədrlik edən dövlət kimi Almaniyanın qurum çərçivəsində konsensusun gücləndirilməsi istiqamətində çalışacağını da diqqətə çatdırıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.11.2019
Nazir: "Kobud pozuntulara yol verən 6 hakim vəzifədən azad edilib"
21.11.2019
Prezident İlham Əliyev: “Gələn il minimum 3 min köçkün ailəsi yeni evlərə köçəcək”
21.11.2019
Azərbaycanda Ombudsman dəyişir, üç nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
21.11.2019
“Alı zirvəsi" filminin təqdimatı keçirilib - FOTO
21.11.2019
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbə verilib - SƏRƏNCAM