Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6575

Digər sorğular

Şəmistanın ən müqəddəs səhnəsi səngərdir - TƏBRİK

15:31  |    04 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Əlbəttə, kapitan, mayor, polkovnik, general...leytenantdan böyükdür. Amma mənimçün ən əziz, ən müqəddəs rütbə leytenant rütbəsidir.

Şəhid zabitlərimizin çoxu leytenant kimi əbədiyyətə qovuşub. Leytenant poqonu gənc zabitlərimizin ilk sevgisi, məhəbbətidir. Ali Hərbi Məktəbləri bitirənlərə diplomla yanaşı leytenant rütbəsi də verilir. Leytenant - arzuların başlanğıcıdır. Onu bizə sevdirənlərdən biri də Şəmistan Əlizamanlıdır. Mən Şəmistanın poqonlarına fikir verməmişəm. Bir müddət Müdafiə Nazirliyində işləyib. Yəqin ki, vəzifəsinə uyğun rütbəsi də var. Ancaq mənim nəzərimdə o, leytenant kimi qalıb və həmişə belə qalacaq. Şəmistan canlı leytenant abidəsidir. Onu görən kimi istər - istəməz oxumağa başlayırıq: "Hay ver mənə, hay ver mənə, cənab leytenant...Xoş müjdəli bir sabahdan pay ver mənə, leytenant!.."

Şəmistan uzun illərdir bu xoş müjdəli qələbə xəbərini xalqımıza çatdırmaq arzusu ilə yaşayır. Onun buna haqqı var. Mən heç Şəmistanı mülki geyimdə görməmişəm. O səsi ilə, ifası ilə əsgərlərimizi, zabitlərimizi, bizim hamımızı ruhlandırır. Tək "Cənab leytenant" deyil ki...Şəmistanın onlarca, yüzlərcə ruhumuzu oxşayan, bizi qələbəyə səsləyən mahnısı var. Şəmistanın ən müqəddəs səhnəsi səngərdir. O qədər gözəl oxuyur ki, heç düşmən də mahnı qurtarınca bəri tərəfə güllə atmır, sakitcə yerində dayanıb Şəmistanı dinləyir...

Şəmistan Əlizamanlının mahnıları böyük bir ordunu səfərbər etmək qüdrətinə malikdir. Şəmistan yüz minlərlə vətənpərvər pərəstişkarının qəlbində öz heykəlini ucaldıb. Bir əlində qələm, mikrofon, o biri əlində odlu silah, əynində səhra geyimi, çiynində leytenant poqonu...

Bu gün bizim cənab leytenantın -- Şəmistan Əlizamanlının doğum günüdür. Neçə yaşı olduğunu bilmirəm, bunun fərqi də yoxdur, çünki, o, bizim gözümüzdə həmişə leytenant yaşındadır. Yaxın vaxtlarda Şəmistan haqqında yenə yazmaq fikrim var. Amma çox istərdim ki, onu xalqımıza Xalq artisti, Əməkdar jurnalist kimi təqdim edim...

Məzahir Süleymanzadə, publisist-şair-jurnalist
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.11.2019
İstirahət günləri üçün hava proqnozu
22.11.2019
Culfa-Ordubad avtomobil yolunun yenidən qurulmasına 34,3 milyon manat ayırıldı
22.11.2019
Elçin Əlibəylinin xanımı tərəfindən “döyülməsinə” rəsmi münasibət
22.11.2019
Əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi məqsədilə vəsait ayrıldı - SƏRƏNCAM
22.11.2019
Sabahın hava proqnozu açıqlanıb