Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Bu gün Polad Bülbüloğlunun 71 yşı tamam olur

14:47  |    04 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Bu gün Azərbaycanın sabiq mədəniyyət naziri, Rusiyadakı fövqəladə və səlahiyyətli səfirimiz, xalq artisti Polad Bülbüloğlunun doğum günündür. Lent.az-ın məlumatına görə, P. Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda anadan olub. Özünə soyad kimi atasının ləqəbini - Bülbül götürüb. O, geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınıb. Kino-filmlərə, dram tamaşalarına musiqinin, simfoniya, simfonik poema v. s. əsərlərin müəllifidir.

Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib.

O, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə, cəmiyyətin hələ hər hansı riskli addıma hazır olmamasına baxmayaraq Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin – ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı “Məhəbbət və ölüm” baletinin Moskvada tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyat və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib, 3 fevral 2015-ci ildə "Şərəf" ordeni ilə təltif edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.11.2019
Yeni doğulan uşaqlara 500 manat verilsin! - Milli Məclisdə TƏKLİF
13.11.2019
Oqtay Əsədov Sahil Babayevə: "Yerlibazlıq edib sənə imkan yaratdıq..."
13.11.2019
Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb
13.11.2019
Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı
13.11.2019
Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin tapşırığı ilə geri qaytarılıb - FOTO