Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6574

Digər sorğular

Məcburi köçkün məktəbləri üçün layihə başlanıb

14:25  |    04 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Masazır qəsəbəsindəki məcburi köçkün şəhərciyində “Astrid Lindqren yaradıcılığı Azərbaycan dilində” adlı sosial layihənin təqdimat mərasimi keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və İsveç Krallığının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, Azərbaycanın bütün bölgələrini əhatə edən layihə 610 qaçqın və məcburi köçkün məktəbini əhatə edir. Layihə çərçivəsində məktəblər İsveç yazıçısı Astrid Lindqrenin Azərbaycan dilinə yeni tərcümə edilmiş 9 kitabı ilə təmin olunacaq.

Bildirək ki, layihənin məqsədi qaçqın və məcburi köçkün məktəbliləri oxumağa həvəsləndirməkdir. Eyni zamanda, layihə İsveçdə Azərbaycanın qaçqın və məcburi köçkünlərinin vəziyyəti haqqında məlumatın yayılmasına kömək edəcək.

Mərasimdə o da bildirilib ki, uşaq ədəbiyyatı üzrə mütəxəssislər arasında müzakirələrin aparılması, qarşılıqlı maraq kəsb edən digər layihələrin həyata keçirilməsi Azərbaycan ilə İsveç arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.

Qeyd edək ki, İsveç Krallığının ölkəmizdəki səfirliyi Azərbaycan uşaq ədəbiyyatının daha geniş auditoriyaya təqdim edilməsi istiqamətində bir sıra addımlar atacaq. Buna misal olaraq, Azərbaycanın müvafiq qurumlarının Astrid Lindqrenin xatirəsinə həsr olunmuş dünyanın ən nüfuzlu beynəlxalq uşaq ədəbiyyatı mükafatına namizəd təqdim edə bilən təşkilatların siyahısına salınmasına dəstəyi göstərmək olar.

Tədbirin sonunda məcburi köçkün uşaqları tərəfindən “Uzuncorab Poppi”, “Damda yaşayan Karlsson” əsərlərindən səhnəciklər təqdim edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.11.2019
Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə aşağıdır - FAKTİKi HAVA
22.11.2019
Nazir: "Kobud pozuntulara yol verən 6 hakim vəzifədən azad edilib"
21.11.2019
Prezident İlham Əliyev: “Gələn il minimum 3 min köçkün ailəsi yeni evlərə köçəcək”
21.11.2019
Azərbaycanda Ombudsman dəyişir, üç nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
21.11.2019
“Alı zirvəsi" filminin təqdimatı keçirilib - FOTO