Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Fələstinin səfiri AMEA-da məruzə deyib

14:08  |    04 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Fələstinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Əbdül Nasir Kərim AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Fələstin problemi və Yaxın Şərqdə sülhün perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. QAZİLER.AZ-ın AMEA-nın saytına istinadən məlumatına görə, məruzədə XX əsr Fələstin tarixi, İsrail-Fələstin münaqişəsi ilə bağlı ətraflı məlumat verilib. Fələstinin işğalının müasir bəşər tarixinin ən uzun işğalı hesab olunduğunu söyləyən səfir tarixi faktlar və insanların işğal altında həyat tərzləri barədə danışıb.

Məruzəçi İsrail dövlətinin yaranması prosesinin tarixi kökləri haqda məlumat verərək, bu prosesin 1897-ci ildə Tedor Herzlin İsveçrədə I Dünya Sionist qurultayını çağırması və başda İngiltərə olmaqla, Qərb ölkələrinin Fələstin torpaqlarında yəhudi dövlətinin yaradılmasını dəstəkləməsi ilə həyata keçirildiyini bildirib.

Qeyd olunub ki, İkinci Dünya müharibəsində Avropada nasistlərdən qaçan minlərlə yəhudi Fələstinə köçürülüb. 1947-ci il noyabrın 27-də BMT Baş Məclisinin Fələstin torpaqlarında ərəb və yəhudi dövlətinin yaradılması ilə bağlı qərarına əsasən, Fələstin torpaqlarının 56 faizinin yəhudi xalqına, 44 faizinin isə fələstin əhalisinə verilməsi və Qüdsün Beynəlxalq statusa sahib bufer zona olması barədə planı təsdiqlənib. 1988-ci ilin 5 noyabrında Fələstin Milli Şurası müstəqil Fələstin dövlətini elan edib.

Tədbirdə, həmçinin Azərbaycan və Fələstin arasında elm, təhsil, mədəniyyət sahələrində fəal əməkdaşlığın olduğu vurğulanıb, hər iki ölkənin oxşar xüsusiyyətlərinə toxunulub.

Sonda səfir Nasir Kərim iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.11.2019
Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
14.11.2019
Yeni doğulan uşaqlara 500 manat verilsin! - Milli Məclisdə TƏKLİF
13.11.2019
Oqtay Əsədov Sahil Babayevə: "Yerlibazlıq edib sənə imkan yaratdıq..."
13.11.2019
Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb
13.11.2019
Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı