Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6948

Digər sorğular

Çingiz Abdullayevdən deputata cavab: “18 vəzifə tuturam“

22:43  |    03 Fevral 2016  |   E-mail  |  Çapa göndər


Çingiz Abdullayevin rəhbərlik etdiyi Pen-Klubun mətbuat xidməti millət vəkili Zahid Orucun fikirlərinə münasibət bildirib.

Qeyd edək ki, Zahid Oruc bir neçə gün əvvəl Milli Məclisin iclasında C.Abdullayevin tutduğu vəzifələrdən getməsini təklif edib.

Qaziler.az -ın məlumatına görə, Pen-Klubun Mətbuat xidmətindən 525.az-a bildirilib ki, Çingiz Abdullayev 4 deyil, 18 vəzifədə işləyir ki, bunlardan 4-ü beynəlxalq xarakterlidir: “Lakin vəzifələrinin 18-i də ictimai vəzifədir, heç biri dövlət qulluğu deyil. O, məmur deyil, vəzifələri seçkilidir və vəzifə maaşı ödənilmir.

Çingiz Abdullayevin vəzifədən azad olunması üçün yeni seçkilər keçirilməli və onu özü qədər nüfuzlu insan əvəz etməlidir. Onun tutduğu vəzifələri boşaltması qənaətlə nəticələnməyəcək. Yalnız Yazıçılar Birliyi bu mənada istisnadır. Oradan aldığı maaşını isə əməkdaşlara verir.

Bütün jurnalistlərin nəzərinə çatdırılır ki, rəhbərlik etdiyi təşkilatların heç birində ona xidməti avtomaşın ayrılmayıb. Seçkili ictimai vəzifə ilə dövlət qulluğunun fərqini bilməyən millət vəkilinin isə halına acıyırıq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.07.2020
Bakıda ekspress avtobus xətlərinin iş qrafiki dəyişdirilib
08.07.2020
"ASAN xidmət"də yeni təyinat olub
08.07.2020
Türkiyə və Rusiyada koronavirus sahəsində çalışan bir qrup mütəxəssis Azərbaycana gəlib - VİDEO
08.07.2020
Tramp pandemiya fonunda məktəblərin açılmasına çağırır
08.07.2020
Sumqayıtda evini qanunsuz şəkildə tərk edən koronavirus xəstəsinə cinayət işi açılıb - VİDEO