Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Gənc Tamaşaçılar Teatrında premyera və yubiley tamaşası

19:47  |    06 Mart 2015  |   E-mail  |  Çapa göndər

Bu gün Dövlət Gənc Tamaşaçılar Teatrında balacalar üçün "Dəcəl keçi" adlı yeni tamaşanın premyerası olacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan xalq nağılları əsasında gənc yazıçı Pərvinin səhnə üçün qələmə aldığı tamaşanın bədii rəhbəri teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assistenti isə Sona Mustafayevadır.

Rolları teatrın gənc aktyorları Səbinə Məmmədova, Aydın Dəmirov, Yusif Dadaşov, Ədalət Əbdülsəməd, Eyvaz İbrahimov, İlqarə Tosova, Hüsniyyə Əhmədova, Zümrüd Quliyeva, Vahid Orucoğlu, Ramil Məmmədov, Anar Seyfullayev və Bəhram Həsənov ifa edəcəklər.

Martın 8-də isə Gənc Tamaşaçılar Teatrında ərəb xalq nağılı əsasında hazırlanan "Ələddinin sehrli çırağı" tamaşası 120-ci dəfə nümayiş etdiriləcək. Quruluş və musiqi tərtibatı teatrın rejissoru, əməkdar artist Nicat Kazımova məxsusdur. Quruluşçu rəssam Mustafa Mustafayev, tryukların quruluşçusu İsa Əsədov, rejissor assistenti isə Vüsal Mehrəliyevdir.
İkihissəli nağıl tamaşada əməkdar artistlər Atabala Səfərov, Nicat Kazımov, Elşən Rüstəmov, Almaz Mustafayeva, Nübar Novruzova, Qəmər Məmmədova, Vahid Əliyev, aktyorlar Təhminə Məmmədova, Vüsal Mehrəliyev, Natiq Fərzəliyev və başqaları iştirak edirlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi - VİDEO
18.09.2019
Stalinə mahnı oxutduran, Mircəfərə tabut daşıtdıran azərbaycanlı dahi – HƏYAT HEKAYƏTİ
18.09.2019
Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ
18.09.2019
Bu gün Milli Musiqi Günüdür
15.09.2019
Üç qadının sevdiyi rejissor...