Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6954

Digər sorğular

“Valyuta daxilolmaları 4 dəfə azalıb“ - Samir Şərifov

17:46  |    27 Yanvar 2016  |   E-mail  |  Çapa göndər

"Artıq biz dünyada qlobal iqtisadi böhranının yeni dalğası ilə üzləşirik".

"APA-Economics"in məlumatına görə, bu barədə maliyyə naziriSamir Şərifov deyib.

Nazirin sözlərinə görə, dünyada baş verən hadisələr, əsasən də qlobal iqtisadiyyatda baş verənlər onu göstərir ki, bu dalğanın mənfi təsirləri əvvəlki illərdən də ağır ola bilər:

"Bildiyiniz kimi, həmin böhranın birinci dalğası 2008-2009-cu illərə təsadüf edib. O zaman neftin qiyməti təxminən 140 dollardan təxminən 47-50 dollara qədər enmişdi. Amma bu eniş qısa müddət ərzində baş verdi və çox da uzun çəkmədi. Azərbaycan həmin sınaqdan çox az itkilərlə çıxmışdı və bunun bizim iqtisadiyyata mənfi təsirləri böyük olmamışdı. 2014-cü ilin sonlarında dünyanın enerji bazarlarında, əsasən də neft bazarlarında baş verən eniş artıq uzun müddətdir davam edir və neftin qiyməti əvvəllər heç ağla sığmayan səviyyəyə - 30 dollardan aşağı həddə enib.

Bu, heç şübhəsiz ki, Azərbaycan dövlətinin gəlirlərinə də mənfi təsir göstərir. Belə ki, ilk növbədə, valyuta gəlirlərimiz azalır. Tədiyyə balansı bizim xaricdən gələn vəsaitlə xaricə ödənilən vəsaitin saldosudur. Tədiyyə balansı bizdə həmişə müsbət olub. Yəni, Azərbaycana daha çox valyuta daxil olurdu, nəinki ölkədən çıxırdı. Hazırda, əfsuslar olsun ki, vəziyyət mənfiyə doğru dəyişməyə başlayıb. Bu da təbiidir. Çünki, valyuta daxilolmaları 4 dəfə azalıb. Amma bizim idxalla bağlı tələbatımız öz yerindədir".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.07.2020
Baş Nazir bağlanan 3 bankla bağlı Konstitusiya Məhkəməsinə sorğu gondərdi
11.07.2020
190 manatla bağlı suala aid daha bir açıqlama
10.07.2020
Sərt karantin ərazilərində yaşayanlara 190 manat birdəfəlik ödəmələr verildi
10.07.2020
Samir Şərifova yeni səlahiyyət verildi
08.07.2020
Pensiyaların orta aylıq məbləğində 27 faizə yaxın artım olub