Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6946

Digər sorğular

DəmirBank və AGBank-ın konsolidasiya haqda BİRGƏ BƏYANATI

16:43  |    27 Yanvar 2016  |   E-mail  |  Çapa göndər

"AGBank" ASC və "DəmirBank" ASC arasında konsolidasiya ilə bağlı ilkin protokol imzalanıb.

Qeyd olunan banklar zəngin tarixə malik olmaqla Azərbaycanın ilk özəl banklarındandırlar. Belə ki, DəmirBank 1989-cu ildən, AGBank isə 1992-ci ildən fəaliyyət göstərir.

Hər iki bankın təsisçiləri arasında nüfuzlu beynəlxalq maliyyə institutları yer alır. Bunların sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və s. təşkilatlar daxildir.

Həm kadr potensialı, həm geniş xidmət şəbəkəsi, həm də təcrübə baxımından hər iki bank bazarda aparıcı banklardandır. Banklar resurslarını birləşdirməklə daha güclü, dayanıqlı olmaqla yanaşı, sinerji nəticəsində mövcud bazar paylarını artıracaqlar. Bununla yeni formalaşacaq maliyyə institutu mövqeyinə görə, beynəlxalq standartlara, trendlərə uyğunluğuna görə bazarın ən güclü oyunçularından biri kimi möhkəmlənəcək.

Konsolidasiyadan sonra yeni inkişaf mərhələsinə qədəm qoyulacağı gözlənilir. Belə ki, daha böyük xidmət şəbəkəsi ilə yeni məhsul və xidmətlər müştərilərə daha rahat, operativ şəkildə təqdim olunacaq. Eyni zamanda, yeni texnologoyaların, innovasiyaların daha geniş miqyasda tətbiqi nəzərdə tutulur ki, bu da biznes proseslərin müasirləşdirilməsi, daha keyfiyyətli müştəri xidmətinin həyata keçirilməsinə öz təsirini göstərəcəkdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.07.2020
Neftin qiyməti 43 dolları ötdü
02.07.2020
Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib
01.07.2020
Benzinin qiymətinin artması ölkənin yanacaq balansına təsir etməyəcək - TƏHLİL
01.07.2020
Dolların sabaha olan məzənnəsi
01.07.2020
Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi təsdiqləndi