Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6477

Digər sorğular

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Elgiz Kərim oğlu Kərimovun ad günüdür

15:04  |    05 Yanvar 2016  |   E-mail  |  Çapa göndər

KƏRİMOV ELGİZ KƏRİM oğlu-1971-ci il yanvar ayının 5-də Bərdə rayonunda doğulmuşdur. 1977-ci ildə məktəbə getmiş, 1987-ci ildə orta təhsilini başa vurmuşdur. Elə həmin il hərbi xidmətə çağırılmışdır. 1989-cu ildə əsgəri borcunu yerinə yetirib, doğma yurda qayıtmışdır. Ermənilər həmin vaxt artıq Azərbaycan torpaqlarına təcavüzə başlamışdılar. Elgiz bu vəhşiliklərə dözə bilmirdi. O, 1991-ci ilin fevral ayında silaha sarılaraq, Vətəninin müdafiəsinə qalxdı.

O, könüllülərdən ibarət batalyonun tərkibində Vətən qarşısında öz borcunu layiqincə yerinə yetirirdi. Elgiz Kərimov Əsgəran yaxınlığında gedən şiddətli döyüş zamanı neçə-neçə erməni yaraqlısını məhv etdi. Gənc əsgərin şöhrəti elləri gəzdi. O, mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün 1992-ci il martın 12-də Naxçıvanik kəndinə gəldi. Bir saata yaxın davam edən ağır döyüşdən sonra ermənilərin mühasirəsi yarıldı. Döyüşçülərimiz azad edildi. Ancaq, nə edəsən ki, Elgiz özü düşmən gülləsinə tuş gəldi. O, 21 yaşında canından əziz tutduğu Vətən torpağı uğrunda qəhrəmancasına həlak oldu.
Subay idi.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Kərimov Elgiz Kərim oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bərdə rayonunda dəfn edilmişdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Mindən çox abonent qazsız qalacaq
20.09.2019
Sabah Azərbaycanda temperatur aşağı düşəcək - HAVA PROQNOZU
20.09.2019
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi münasibətilə keçirilən mərasimdə iştirak edib
20.09.2019
Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib
19.09.2019
Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmur arasında məhkəmə başladı - İlk iclas