Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz Əlizadə oğlu Əhmədovun ad günüdür

14:07  |    01 Yanvar 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycanın Milli Qəhrəmanı Əhmədov Mübariz Əlizadə oğlu -1 yanvar 1963-cü ildə Sabirabad rayonunun Qaratəpə kəndində dünyaya göz açıb. 1969-cu ildə burada beynəlmiləl orta məktəbə getmişdir. 1977-ci ildə səkkizinci sinifi bitirərək, Sankt-Peterburq Kino Texnikumuna daxil olur.

Lakin buradakı iqlim şəraitinə uyğunlaşa bilmədiyindən doğma kəndinə qayıdır və təhsilini davam etdirir. 1980-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna (Slavyan Universiteti) imtahan verir. O, üçünçü kursda oxuyarkən ordu sıralarına çağırılır. 1985-ci ildə ordudan tərxis olunduqdan sonra yenidən təhsilini davam etdirir. O, 1988-ci ildən başlayaraq respublikamızda gedən ictimai-siyasi hadisələrə biganə qalmır, meydan hərəkatının fəal iştrakçısı olur.

1989-cu il... Erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başlayır. Mübariz özünümüdafiə batalyonunda könüllü yazılır və Qarabağın müdafiəsinə qoşulur. O, Ağdam rayonundakı hərbi hissənin bölük komandiri kimi ilk döyüşə atılır. Sonra Dovşanlı, Xramort, Naxçıvanik, Abdal-Gülablı, Kətik, Dəhraz, Xanabad və Şuşa uğrunda gedən döyüşlər...

O, mərdliklə vuruşurdu, öz rəşadətilə ad-san qazanmışdı. 1991-ci ildə Müdafiə Nazirliyi ona Türkiyə Respublikasında hərbi təhsil almağı tövsiyə edir. Lakin Mübariz döyüşlərdə iştirak etməyi daha üstün tutur. Ağdam rayonunun Abdal-Gülablı kəndi...1992-ci ilin 24 sentyabr... Son döyüş...

Həmin gün kənd erməni işqalçılarından azad edilməli idi. Düşmən gecə yarıdan başlayaraq kəndi ağır silahlarla atəşə tutur. Döyüşçülərimiz qələbə əzmi ilə əks-hücuma keçirlər. Qəflətən yaxınlıqda mərmi partlayır. Mübariz ağır yaralanır. Onu döyüş ərazisindən uzaqlaşdırırlar. Lakin artıq gec idi.
Subay idi.

Azərbaycan Reüspublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Əhmədov Mübariz Əlizadə oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı veriımişdir.

Sabirabad rayonunun Qaratəpə kəndində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Sabirabad rayonunda büstü qoyulmuşdur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Vilayət Eyvazov tapşırıq verdi: "Onlar həbs olunacaq"
17.09.2019
Bakı Mətbuat Klubunun saytı açıldı, özü də açılacaq - TƏQDİMAT
17.09.2019
Hava yağmursuz olacaq
17.09.2019
Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib
17.09.2019
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi”