Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6573

Digər sorğular

ŞOK: Londondan Hindistana gedən sərnişin Bakıda öldü - YENİLƏNİB-VİDEO

15:16  |    25 Yanvar 2016  |   E-mail  |  Çapa göndər

Bakıya təcili eniş edən təyyarənin göyərtəsindəki səhhəti pisləşmən sərnişin dünyasının dəyişib.

Bu barədə “APA-Economics”ə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski məlumat verib.


"Səhhəti pisləşən şəxs 72 yaşlı Böyük Britaniya vətəndaşı olub. Təyyarə eniş etdikdən sonra məlum olub ki, o, artıq həyatını itirib. Onun vəfatına səbəb ürək çatışmazlığı olub", - deyə P.Kəsəmənski bildirib.

P. Kəsəmənskinin əlavə edib ki, vəfat etmiş şəxsin qohumları onun meyitinin Bakıda qalmasını istəyiblər və hal-hazırda cənazənin yola salınması ilə bağlı işlər aparılır.

**
10:11
Londondan Hindistanın Mumbai şəhərinə uçan təyyarə Heydər Əliyev adına Hava limanına təcili eniş edib.

“APA-Economics”in verdiyi xəbərə görə, hadisə ötən gün baş verib. Buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub. Sərnişinə təcili tibbi yardım göstərilib.

Qeyd edək ki, “Air İndia”ya məxsus "Boing -787" tipli təyyarədə 229 nəfər sərnişin olub. Təyyarə ötən gün saat 19:00-da Londonun Hitrou hava limanından yola düşüb. Bu səhər saat 04:00-da isə Mumbainin Çatrapati beynəlxalq hava limanına enməsi planlaşdırılıb.

Məcburi enişlə əlaqədar təyyarənin bu gün saat 13:00-da Mumbaiyə çatması gözlənilir.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
Lerikin üç kəndinə qaz verilib
15.11.2019
“Azəriqaz”: “Smart-kart” sayğaclarından imtina edilməyib
08.11.2019
Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
07.11.2019
Pirşağıda 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb
06.11.2019
Bir qrup neftçi təltif edilib - SƏRƏNCAM