Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6561

Digər sorğular

Maliyyə naziri: “Evdə pul saxlamayın, oğru gələr”-VİDEO

15:00  |    25 Yanvar 2016  |   E-mail  |  Çapa göndər

Xəbər verdiyimiz kimi, Maliyyə naziri Samir Şərifov dünən "Hesabat"da Mirşahinin qonağı olub.

QAZİLER.AZ-ın "qafqazinfo"ya istinadən məlumatına görə, nazir müsahibəsində manatın məzənnəsi ilə bağlı maraqlı fikirlər səsləndirib:


"Rusiya üzən məzənnəyə bir xeyli əvvəl qərar verib, keçidə uyğun şəraitlərini tənzimlədilər. Bizdə isə Mərkəzi Bank tərəfindən isə üzən məzənnəyə keçid ötən ilin dekabr ayında baş verdi. Mərkəzi bank tərəfindən üzən məzənnə ilə bağlı yenə də işlər aparılır. Amma mən isə elə düşünürəm ki, bunu bazar müəyyən etməli idi, bank deyil".

Nazir əhaliyə pulu evdə saxlamamağı məsləhət görüb: "Hazırda dövlət və Mərkəzi Bank tərəfindən bir sıra tədbirlər görülür ki, ajiotaj aradan qalxsın və manata olan hörmət yenidən bərpa olunsun. Bunun üçün yaxın günlərdə bazara Maliyə Nazirliyi tərəfindən manat istiqrazlar buraxılacaq. İstiqrazlara qoyulan fazilər isə yüksək olacaq. Əhaliyə tövsiyə edərdim ki, manatlarını bu istiqraza qoysunlar. Böyük məbləğdə pulun evdə saxlanılması riskdir, oğru gələ bilər, yanğın ola bilər..."


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
07.11.2019
Pirşağıda 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb
06.11.2019
Bir qrup neftçi təltif edilib - SƏRƏNCAM
06.11.2019
Prezident İlham Əliyev Azərbaycan neftçilərini təbrik edib
01.11.2019
“Azəriqaz” İstehsasalat Birliyinə yeni baş direktor təyin olunub