Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6570

Digər sorğular

Azərbaycana yeyinti məhsullarının idxalı azalıb

14:06  |    23 Yanvar 2016  |   E-mail  |  Çapa göndər


Azərbaycana ötən il 979,5 mln. dollar həcmində yeyinti məhsulları idxal olunub.

Qaziler.az bildirir ki, Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, yeyinti məhsullarının idxalında illik 7,82% azalma qeydə alınıb.
Hesabat ilində ət idxalı 2,04% artaraq 19,9 mln. dollara, meyvə-tərəvəz idxalı 2,3 dəfə artaraq 58,1 mln. dollara, buğda 0,98% artaraq 296,8 mln. dollara çatıb. Bu müddətdə süd, yağ və şəkər idxalında isə əksinə azalma müşahidə olunub. Şəkər idxalı illik 39,35% azalaraq 124,5 mln. dollar, kərə yağı 10,85% azalaraq 22,4 mln. dollar, süd idxalı 23,44% azalaraq 5,8 mln. dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycanın xarici ticarət dövriyyəsi illik müqayisədə 33,44% azalaraq 2015-ci ildə 20 645,9 mln. dollar olub. İdxal əməliyyatlarının həcmi 0,36% artaraq 9 221,4 mln. dollar, ixrac isə 47,66% azalaraq 11 424,5 mln. dollar olub.
Hesabat ilində xarici ticarət dövriyyəsinin müsbət saldosunda kəskin azalma qeydə alınıb. Xarici ticarət dövriyyəsinin müsbət saldosu 2014-cü illə müqayisədə 5,7 dəfə azalaraq 12,6 mlrd. dollardan 2,2 mlrd. dollara düşüb.
Azərbaycanın 165 ölkə ilə ticarət etdiyi hesabat ilində ölkədən 2 477 çeşiddə mal ixrac olunub, ölkəyə idxal olunan mal çeşidi isə 6 231 ədəd təşkil edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
Lerikin üç kəndinə qaz verilib
15.11.2019
“Azəriqaz”: “Smart-kart” sayğaclarından imtina edilməyib
08.11.2019
Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
07.11.2019
Pirşağıda 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb
06.11.2019
Bir qrup neftçi təltif edilib - SƏRƏNCAM