Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6705

Digər sorğular

İçərişəhərdə II Xeyriyyə Yarmarkası keçirilib

21:38  |    03 Mart 2015  |   E-mail  |  Çapa göndər

İçərişəhərdə II Xeyriyyə Yarmarkası keçirilib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, “İncəsənət Bağı”nda baş tutan yarmarka Azərbaycanda fəaliyyət göstərən diplomatik missiya rəhbərlərinin xanımlarının təşkilatı (“HOMS”) tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunub.

İdarədən bildiriblər ki, tədbirdə 30-dan artıq ölkə nümayəndəsi iştirak edib, hər bir ölkənin milli sənətkarlıq nümunələri, əl işi suvenirləri və mətbəx nümunələrinin sərgi-satışı təşkil olunub. Tədbirdə həmçinin milli musiqi və rəqslər nümayiş olunub, qiymətli mükafatların oynanıldığı lotereya tirajı keçirilib. Əldə olunan mənfəətdən “HOMS”un Azərbaycanda dəstəklədiyi və qarşılıqlı əməkdaşlıq etdiyi bir sıra yerli xeyriyyə fondları və layihələrinin fəaliyyətinə yardım məqsədilə istifadə olunması nəzərdə tutulub.

Xeyriyyə aksiyası “Hyatt Regency Baku”, “Qafqaz Resort”, “Four Seasons Hotel Baku”, “JW Marriott Absheron Baku”, “Excelsior Hotel Baku”, “Hotel Shahdag”, “Jumeirah Bilgah Beach Hotel”, “Kempinski Hotel Badamdar Baku” otellərinin, “Garage Iskender” restoranı, “British School In Baku”, “Mozaik Printing”, “Aquavita, Ronnefeldt Tea Company”, “Buddha Bar” (Saffron Group), “Scalini”, “Kontakt Home”, “Coca-Cola” şirkətlərinin və Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə keçirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.02.2020
“Nə Xan Şuşinskinin, nə də Üzeyir bəyin əsərlərini çörəyə bağlamaq mümkün deyil...”
12.02.2020
Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək
11.02.2020
Bakılı rejissorun Oskar mükafatı qazanmış filminin premyerasından 40 il ötür
04.02.2020
Xalq artisti səhhətindən danışdı: “90 yaşlı adam necə olar?”
04.02.2020
Polad Bülbüloğlu: “Qələbə marşını özüm yazacağam”