Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6945

Digər sorğular

“Avrasiya Gündəliyi” informasiya portalının baş redaktoru Azərbaycandan danışıb

17:45  |    07 Yanvar 2016  |   E-mail  |  Çapa göndər

“Azərbaycan Cənubi Qafqaz regionunda yerləşən bir ölkədir. Mən bu ölkədə Avrasiya Media Şəbəkəsinin baş redaktoru kimi fəaliyyətə başlamışam və getdikcə böyüməkdə olan bu media şəbəkəsinin bir nümayəndəsi olaraq çox böyük məsuliyyət daşıyıram.”


QAZİLER.AZ-ın məlumatına görə, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun ( BAMF) dəstəyi ilə fəaliyyətə başlayan “Eurasia Diary” (Avrasiya Gündəliyi) beynəlxalq analitik-informasiya portalının baş redaktoru, Pakistanlı jurnalist Malik Əyyub Sumbal Avstraliya Yayım Korporasiyası (ABC) müxbirlər klubuna müsahibəsində deyib.

Sumbal əlavə edib ki, qarşıdakı bir neçə ay ərzində “Eurasia Diary” (Avrasiya Gündəliyi) analitik informasiya portalını daha da mükəmməlləşdirmək üçün işlər görüləcək.

Azərbaycanda gedən proseslərdən danışan jurnalist vurğulayıb ki, hazırda regionda başlıca problem Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır: “Bu, olduqca həssas bir məsələdir. Belə ki, bu münaqişə nəticəsində Azərbaycan torpaqlarının iyirmi faizi Ermənistan tərəfindən işğal olunub. İki ölkə arasındakı sərhəddə vəziyyət gərgin olaraq qalır və atışmalar baş verir.”

Sumbalın sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin İsveçrədə baş tutan sonuncu görüşündən sonra vəziyyət normallaşıb və bu görüşün gələcəkdə müsbət nəticələrə gətirib çıxaracağı gözlənilir: “Həqiqətən də, bu görüşdən sonra hər iki tərəf qarşıdakı bir neçə ay ərzində müsbət dəyişikliklərin baş verəcəyinə ümid bəsləyir.”

Sumbal müsahibəsində onu da əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan öz yurd yuvalarından didərgin düşmüş bir milyondan artıq qaçqın problemi ilə üzləşib və onların problemlərinin həll edilməsi hazırda ölkənin qarşısında duran əsas vəzifələrdən biridir və Azərbaycan qaçqın problemini həll etməyə çalışır, lakin, bu məsələdə daha çox səy göstərilməsinə ehtiyac var.

Qeyd edək ki, ABC müxbirlər klubu dünyanın müxtəlif ölkələrində jurnalistlərlə onların fəaliyyət göstərdikləri regionlarda baş verən proseslər barədə müzakirələr aparmaq üçün geniş imkanlar açır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.07.2020
Bu il özəl sektorda əmək müqavilələrinin sayı artıb
03.07.2020
İyun ayında nə qədər şəxsə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib?
02.07.2020
Bu il Dövlət Məşğulluq Xidməti 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edib
02.07.2020
Ölkədə koronavirusdan sağalanların sayı 10 425 nəfərə çatdı
02.07.2020
Azərbaycanda daha 572 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib