Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6894

Digər sorğular

Ötən il ƏƏSMN-in “Çağrı mərkəzi”nə 111386 müraciət daxil olub

18:22  |    05 Yanvar 2016  |   E-mail  |  Çapa göndər

Ötən ilin dekabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-“Çağrı mərkəzi” tərəfindən 12508 müraciət cavablandırılıb.

ƏƏSMN-nin mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, onlardan 4857-si (38,8%) sosial təminat, 2775-i (22,2%) əmək qanunvericiliyi, 2122-si (17 %) nazirliyin elektron xidmətlərindən istifadə, 1484-ü (11,9%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası və 1270-i (10,1%) məşğulluq məsələlərini əhatə edib.

Müraciətlərin 11762-si (94%) qeyd olunan sahələrlə bağlı sorğu xarakteri daşıyıb və sorğularla bağlı vətəndaşlara ətraflı hüquqi izahatlar verilib. Daxil olan 746 müraciətdə isə müvafiq sahələrlə əlaqədar təklif və şikayətlər ifadə olunub və həmin müraciətlər araşdırılaraq cavablandırılması üçün müraciət vərəqəsi tərtib edilməklə nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.

Bildirək ki, Nazirliyin elektron xidmətlərindən istifadə ilə əlaqədar müraciətlərin sayı ötən ay da artmaqda davam edib. Bu məsələ ilə əlaqədar müraciətlər ötən ilin dekabr ayında noyabr ayı ilə müqayisədə 37% artıb.

Qeyd edək ki, ümumilikdə 2015-ci il ərzində 142-“Çağrı mərkəzi” tərəfindən 111386 müraciət cavablandırılıb ki, onlardan 40,4%-i sosial təminat, 23,9%-i əmək qanunvericiliyi, 16,2%-i nazirliyin elektron xidmətlərindən istifadə, 11%-i tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 8,5%-i məşğulluq məsələlərinə aid olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
İyun ayında qeyri-iş günlərinin sayı bəlli oldu
01.06.2020
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq
29.05.2020
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb
27.05.2020
Elm adamları koronavirusun metroda necə yayıldığını göstərdi - Sərnişinlərin diqqətinə...
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?