Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6665

Digər sorğular

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

22:27  |    05 Yanvar 2016  |   E-mail  |  Çapa göndər


Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli həmvətənlər! Sizi, eyni zamanda Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə ürəkdən təbrik edir, bu əziz gündə hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm".

Dövlət başçısı qeyd edib ki, bu gün dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycanda tarixən dinlər əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərib, fərqli mədəniyyətlərin təmsilçiləri olan ayrı-ayrı xalqlar və etnik icmalar ümumi Vətən sevgisi, Azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdiriblər: "Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, multikulturalizmin dəstəklənməsi və təşviq edilməsi müasir mərhələdə həyata keçirdiyimiz dövlət siyasətinin başlıca məqsədlərindən biridir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şərait təmin edilmişdir. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu gün cəmiyyətimizin ayrılmaz üzvləri olan xristian etiqadlı həmvətənlərimiz millətlərarası və dinlərarası münasibətlərə öz layiqli töhfələrini verərək ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edirlər.

Əziz dostlar! İsa peyğəmbərin mübarək mövludu ilə əlamətdar olan və hər il Azərbaycanda xüsusi coşqu ilə qeyd edilən Milad bayramı özündə yeniliyi, əmin-amanlığı, mərhəmət və şəfqət duyğularının təntənəsini təcəssüm etdirir. Qoy bu əziz gün ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət gətirsin. Bayramınız mübarək olsun!"
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.01.2020
Qalmaqallı dairədə yeni təyinat
27.01.2020
Şair Ramaldanov namizədliyini geri götürdü
27.01.2020
İlham Əliyev sərəncam imzaladı
27.01.2020
2 saylı DOST mərkəzi bir ayda 1800-dən çox vətəndaşa xidmət göstərib
27.01.2020
“Nənə öpməklə deputatlıq mümkün olsaydı, babalar çoxdan spiker idi...”