Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6568

Digər sorğular

“Donuz əti və məhsulları ilə bağlı heç bir narahatlıq yoxdur“ - RƏSMİ

16:38  |    05 Yanvar 2016  |   E-mail  |  Çapa göndər

“Azərbaycan Türkiyə və İrandan donuz, donuz əti məhsulları almır”.
Bu barədə Lent.az-a Dövlət Baytarlıq Nəzarəti Xidmətinin ( DBNX) Mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

Y. Xanvəlinin dediyinə görə, məhz buna görə əhali arasında donuz əti və məhsulları ilə bağlı heç bir narahatlıq ola bilməz: “Ümumiyyətlə donuz və donuz əti məhsullarını o ölkədən alırıq ki, həmin ölkədə həmin heyvanla bağlı yoluxucu infeksion xəstəliklər qeydə alınmış olmasın. Azərbaycan donuz əti və məhsullarını Kanada, İspaniya və Hollandiyadan alır və buna görə heç bir narahatçılıq yoxdur. Alınan bütün məhsullar da DBNX-nin laboratoriyasında müvafiq müayinədən keçir və nəticəsindən asılı olaraq onların satışına icazə verilir”.


Ölkədə 7 min başa yaxın donuz saxlanıldığını qeyd edən Y. Xanvəli deyib ki, 2008-ci ildə Qəbələdə qəsəbələrdən birində donuzlar arasında Afrika taunu baş verəndən sonra Dövlət Baytarlıq Nəzarəti Xidməti bütün donuzçuluq təsərrüfatlarının qapalı şəraitə keçməsi ilə əlaqədar göstəriş verib: “O vaxtdan bəri respublikada saxlanılan donuzlar qapalı şəraitdə saxlanılır və mütəmadi olaraq hər il donuzlar arasında qan nümunələri götürülür, yoxlamalar aparılır. Eyni zamanda epizootik tədbirlər planına uyğun olaraq donuzlar arasında qarayara və digər xəstəliklərə qarşı vaksinasiya mütəmadi olaraq aparılır”.

“2015-ci ildə donuzlar arasında yoxlamalar aparılıb və heç bir narahatedici hal qeydə alınmayıb”, - deyən Y. Xanvəli əlavə edib ki, bütün təsərrüfat sahiblərinə, rayon baytarlıq idarələrinə donuzları qapalı şəraitdə saxlamağı davam etmək tapşırığı verilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib
08.11.2019
Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi
07.11.2019
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil verildi - FOTO
06.11.2019
Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
06.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq təqdim edilib