Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

Türkiyə-İran sərhədində 50 km-lik növbə

17:30  |    05 Yanvar 2016  |   E-mail  |  Çapa göndər

Türkiyə ərazisində İrana məxsus 500 yük avtomobili yanacaqsız qalıb.

APA-nın "tabnak.ir"-ə istinadən verdiyi məlumatına görə, bunu İranın Qərbi Azərbaycan əyalətinin Böhranı İdarəetmə Mərkəzinin rəhbəri Əmirabbas Cəfəri deyib. O bildirib ki, Bazarqan-Korbulaq sərhədinin Türkiyə tərəfində İrana məxsus 500, Türkiyəyə məxsus 1500 yük avtomobilinin qar və çovğun səbəbindən İrana keçməsi ləngiyir: “50 kilometr uzunluğunda növbə yaranıb. Ötən gündən İranın Qırmızı Aypara Cəmiyyəti və Qərbi Azərbaycan əyalətinin Böhranı İdarəetmə Mərkəzinin əməkdaşları İrana məxsus yük maşınlarının sürücülərini isti paltar, yemək və digər ehtiyac maddələri ilə təmin etməyə başlayıblar.


Onun sözlərinə görə, həmin sürücülər havaların soyuması və yanacaqlarının bitməsi səbəbindən sərhəddə qalıblar. “Artıq ötən gündən 10 min litr yanacaq əraziyə çatdırılıb. Ümid edirik gələn 48 saat ərzində problem həllini tapacaq”.

Qeyd edək ki, ötən həftənin ortalarından İranın Qərbi Azərbaycan əyalətinə qar yağır. Bəzi yerlərdə qarın hündürlüyü 70 sm çatır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
İranda benzinin qiymətinin qaldırılması etirazla qarşılanıb
16.11.2019
Türkiyədə Əl-Bağdadinin 25 qohumu tutulub
16.11.2019
Qonşuda benzin bahalaşdı: Əhali ayağa qalxdı
16.11.2019
Bill Qeyts yenidən dünyanın ən varlı adamı oldu
15.11.2019
Ərinin ona xəyanət etdiyini oxuduğu romandan anladı: evdəki halı, əlinin tərləməsi...