Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6660

Digər sorğular

Dövriyyəsi qadağan edilən dərmanlarla bağlı RƏSMİ AÇIQLAMA

16:30  |    05 Yanvar 2016  |   E-mail  |  Çapa göndər

“Dərmanların dövriyyəsinə qoyulan qadağa dərmanların özlərinə şamil edilmir, konkret seriyadan söhbət gedir”.

Bunu Səhiyyə Nazirliyinin Derman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov Lent.az-a açıqlamasında deyib.

P.Əzizbəyovun sözlərinə görə, bəzi kütləvi informasiya vasitələrində Səhiyyə Nazirliyi tərəfindən 844 seriya nömrəli dərman vasitələrinin dövriyyəsinə qadağa qoyulması ilə bağlıı yayılan informasiyalar doğurdan da ajotaj yaradıb: ” Bununla bağlı bildirmək istəyirdik ki, bu qadağa siyahıda olan dərman vasitələrinə deyil, konkret seriyalara aiddir. Yəni konkret seriyalara qadağa qoyulub, dərman vasitələrinin özlərinə qadağa qoyulmayıb”.

Nazirlik rəsmisi əlavə edib ki, həmin dərman vasitələrinin özləri satışda var və digər seriyalarını əhali rahat şəkildə alıb istifadə edə bilərlər: “Söhbət siyahıda göstərilən konkret seriyadan gedir”.

P,Əzizbəyov 844 seriya nömrəli dərmanların niyə dövriyyədən çıxarılmasına da aydınlıq gətirib: "Dərman vasitələri ölkəyə idxal olunan zaman Səhiyyə Nazirliyi və Dövlət Gömrük Xidmətinin əməkdaşlarının birgə iştirakı ilə bütün dərman vasitələrinin seriyalarından nümunələr götürülür və yoxlanılır. Və yoxlamaların nəticəsinə uyğun olaraq həmin dərman vasitələrinin ölkəyə idxalına icazə verilir. Bəzən yoxlamalar zamanı dərman vasitələrinin hər hansı bir seriyasının nazirlik tərəfindən yoxlanılmadan satışının aparıldığı aşkarlanır və satışdan çıxarılır, nəticə olaraq isə dövriyyəsinə qadağa qoyulur. Amma bu, həmin dərman vasitəsinin satışına qadağa qoymaq demək deyil. Elə olur ki, bir adda dərman vasitəsi 5-10 seriya ilə ölkəyə idxal olunur. Yəni bu o demək deyil ki, həmin dərman vasitəsinə qadağa qoyulub.

Qadağa həmin dərman seriyalarının Səhiyyə Nazirliyinin laboratoriya yoxlamasından keçmədən və nazirliyin icazəsi olmadan satışı ilə bağlı olub".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.01.2020
“Azəriqaz”da xüsusi rejim tətbiq olunacaq
23.01.2020
Prezident İlham Əliyev Vaqif Şadlinskini təltif edib
23.01.2020
Tanınmış teleaparıcı ailə qurdu
23.01.2020
“Azəriqaz” rəhbərliyi şimal bölgəsində vətəndaşları qəbul edəcək
23.01.2020
Qar yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ