Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6954

Digər sorğular

Masaüstü kompüterlər bazarında rekord azalma

15:08  |    05 Yanvar 2016  |   E-mail  |  Çapa göndər

Dünya kompüter sənayesi tənəzzül dövrünü yaşayır. İKT.lent.az-ın “3dnews.ru” saytına istinadən verdiyi məlumata görə, bunu IDC və “Gartner” analitik agentliklərinin məlumatları sübut edir.

Onların ilkin qiymətləndirməsinə görə, masaüstü kompüter və noutbuk tədarükü rekord sayda azalıb.


“Gartner”də hesab edirlər ki, 2015-ci ilin dördüncü rübündə masaüstü kompüterlərin qlobal bazarının həcmi daha əvvəlki ilin analoji dövrü ilə müqayisədə 7 faiz azalıb. Bu, artıq yeddinci rübdür ki, azalma qeydə alınır. İDC mütəxəssisləri isə tədarükün 6 faizlik azalmasını qeydə alıblar.

Hər iki araşdırma şirkəti kompüter sənayesinin 2015-ci ildə 2014-cü ilə nisbətdə ümumilikdə 10 faiz və ya 314-316 milyon ədəd azalması kimi qiymətləndirilər. Daha əvvəl bu bazar heç vaxt 4 faizdən aşağı olmayıb. İDC mütəxəssislərinin proqnozlarına görə, 2016-cı ildə masaüstü və portativ kompüterlərin tədarükü 4 faiz azalacaq.

“Gartner”in analitiki Mikako Kitagava bildirib ki, buna səbəb istehsalçıların bir sıra inkişaf etmiş ölkələrdə bir çox problemlərlə üzləşməsidir. Çünki bu ölkələrdə bir çox insanlar iri stolüstü kompüterlər almaqdan imtina edirlər. Mütəxəssis bildirib ki, inkişaf etmiş bazarlarda istifadəçilər üçün əsas internet avadanlığı smartfondur, əsas hesablama vəsaiti isə planşetdir.

2015-ci ilin oktyabr-dekabr aylarında əsas stolüstü kompüter istehsalçısı “Lenovo” şirkətidir. Belə ki, onun ümumi bazardakı payı 19 faiz təşkil edib ki, bir il əvvəl bu rəqəm 17 faiz idi. Çin şirkətinin ardınca isə ABŞ-ın HP şirkəti gəlir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.07.2020
Papa səssizliyi pozdu: Acı çəkirəm...
12.07.2020
Dünyada koronavirusun ilk vaksinin sınağı uğurla başa çatdı
12.07.2020
Tramp Venesuela və Kuba uğrunda "mübarizə aparacağına" söz verdi
11.07.2020
Hind aktyoru Amitabx Baççan koronavirusa yoluxub
11.07.2020
ABŞ-a qaçan çinli virusoloq Çin və ÜST-ün sirlərini açır — “Həqiqəti gizlədirlər”