Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Qənirə Paşayeva Türkiyənin 20 QHT və KİV rəhbəri ilə görüşüb

14:38  |    05 Yanvar 2016  |   E-mail  |  Çapa göndər

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Azərbaycanda səfərdə olan 20 QHT və KİV-nin rəhbərləri ilə görüşüb.

Lent.az-ın məlumatına görə, Q. Paşayeva görüşdə onların Qarabağ həqiqətlərinin yayılmasında fəallıqlarını daha da artıracaqlarına inandığını deyib və Azərbaycan ilə Türk dövlət və toplumlarının QHT-ləri arasında əlaqələrin getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib.


Görüşdə Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə geniş söhbət açan millət vəkili Azərbaycan QHT-ləri, KİV-ləri ilə Türk dövlət və toplumlarından olan QHT-ləri, KİV-ləri arasında əməkdaşlığın daha da artmasının Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünyaya daha da geniş yayılmasında önəmli olacağından danışıb.

Hər zaman öz fəaliyyətləri ilə Azərbaycanın yanında olduqlarını və bundan sonra daha da çox olacaqlarını deyən Türkiyənin 20 QHT və KİV-nin rəhbəri Q. Paşayevaya Azərbaycanla birlikdə həyata keçirməyi planlaşdırdıqları layihələr barədə geniş məlumat verib.

Görüşün sonunda millət vəkili QHT və KİV rəhbərlərinə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu və həmmüəllifi olduğu və Türkiyə türkcəsində çapdan çıxmış “Karabağ hikayeleri”,“Hocalı Soykırımı tanıkların dilinden” kitablarını da təqdim edib. Görüşdə Azərbaycanın bir sıra QHT rəhbərləri də iştirak edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Vilayət Eyvazov tapşırıq verdi: "Onlar həbs olunacaq"
17.09.2019
Bakı Mətbuat Klubunun saytı açıldı, özü də açılacaq - TƏQDİMAT
17.09.2019
Hava yağmursuz olacaq
17.09.2019
Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib
17.09.2019
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi”