Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6654

Digər sorğular

İtkin neftçilərin meyitini iş yoldaşları tanıyıb-VİDEO

14:30  |    05 Yanvar 2016  |   E-mail  |  Çapa göndər

Neftçilər bu gün dəfn ediləcək.

Yanvarın 3-də Xəzər dənizinin Türkmənistan sektorunda tapılan neftçilərin meyiti dünən axşam Bakıya gətirilib. Lent.az-ın məlumatına görə, dekabrın 4-də axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın zamanı itkin düşən Quliyev Əzizağa Nöhbala oğlu (16.09.1953) və Abdullayev Adil Ələkbər oğlu (19.02.1953) bu gün dəfn ediləcəklər.

QAZİLER.AZ -ın lent.az-a istinadla məlumatına görə, dünən Türkmənistana yola düşən FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsində istintaq qrupu ilə birgə cəsədlərin tanınması üçün məlum hadisə zamanı xilas edilmiş digər neftçilər də yola düşüblər. Onlar istintaqçılarla birgə Türkmənistanın Kiyanlı limanında saxlanılan neftçilərin meyitinə baxış keçiriblər və iş yoldaşlarını tanıyıblar.



Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda 2 kişi cəsədi aşkar edilib və Türkmənistana aid gəminin göyərtəsinə qaldırılaraq Kiyanlı dəniz limanına aparılıb. Cəsədlərə ilkin baxış zamanı birinin geyiminin üzərində “Azneft” sözləri yazıldığı müəyyən edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.01.2020
Qənirə Paşayeva seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR
18.01.2020
Qarabağ qazisinin SEÇKİ PLATFORMASI - BİOQRAFİYASI
18.01.2020
Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçir
18.01.2020
Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq edib
18.01.2020
Sabahın hava proqnozu açıqlanıb