Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6712

Digər sorğular

Cavad xanın şəhid olmasından 212 il ötür-VIDEO

21:07  |    04 Yanvar 2016  |   E-mail  |  Çapa göndər

Gəncənin sonuncu hakimi Cavad xanın rus qoşunlarına qarşı qeyri-bərabər döyüşdə şəhid olmasından 212 il ötür.

APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, bu münasibətlə Gəncədə ənənəvi anım mərasimi keçirilib.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev Cavad xanın keçdiyi həyat yolundan geniş söhbət açaraq, onun nəinki gəncəlilərin, bütün Azərbaycan xalqının qürur mənbəyi olduğunu bildirib. AMEA-nın Gəncə bölməsinin rəhbəri Fuad Əliyev və digər çıxış edənlər Cavad xanın şücaətindən söz açıblar.

Akademik Fuad Əliyev: "Cavad xanın ruhu bütün Azərbaycanı dolaşır. Onun qəhrəmanlıq, igidlik rəmzi bizim üçün bir vəsiyyətdir. Biz Azərbaycan xalqı öz müstəqilliyini dövlətçiliyini daim qorumağa layiq və bacaran bir xalqıq".

Məqbərəsi önünə toplaşan şəhər sakinləri Cavad xanın məzarına tər çiçəklər qoyaraq ehtiramlarını bildiriblər.

Qeyd edək ki, Cavad xanın qəhrəmanlığı Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri hesab edilir. 1786-cı ildən 1804-cü ilə qədər Gəncəni idarə edən Cavad general Pavel Sisianovun ordusunun mühasirəsində bir aydan artıq qalaraq, Gəncəni işğalçılara təslim etməmək üçün qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. Gəncə işğal olunduqdan sonra şəhərin adı dəyişdirilərək rus çariçası Yelizavetanın şərəfinə “Yelizavetpol” adlandırılıb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.02.2020
Bu gün ən güclü külək Bakıda yox, bu 2 şəhərdə əsib
25.02.2020
Mehriban Əliyeva daha bir məşhur simanın müalicə xərclərini üzərinə götürdü
25.02.2020
Cəlilabadda 23 nəfər xəstəxanaya yerləşdirildi - Koronavirusa görə...
25.02.2020
Azərbaycanda koronavirusla bağlı şayiə yayanlar tutuldu - VİDEO
25.02.2020
Bakıda öldürülən polisin FOTOLARI