Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Əli Həsənov: “Televiziyaya təkcə biznes sahəsi kimi baxmaq lazım deyil”

20:57  |    30 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Xəzər Televiziyasının yeni binasının açılışı olub

QAZİLER.AZ saytı AZƏRTAC-a istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin deputatları, dövlət və hökumət qurumlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, ictimaiyyətin nümayəndələri, mədəniyyət xadimləri iştirak ediblər.



Binanın rəmzi açılışını bildirən lent kəsildikdən sonra burada yaradılan şəraiti əks etdirən videoçarx nümayiş olunub.

Sonra mərasim iştirakçıları binadakı şəraitlə tanış olublar.



Xəzər Televiziyasının təsisçisi Asəf Hacıyev məlumat verib ki, müasir memarlıq üslubunda inşa edilən onmərtəbəli binada ümumilikdə 265 otaq, o cümlədən 5 çəkiliş və min kvadratmetrlik böyük şou studiyaları, həmçinin müxtəlif ölçüdə beş virtual studiya mövcuddur. Onlar üç böyük efir studiyası və nəhəng pult vasitəsilə idarə olunur. Operativ və keyfiyyətli xəbər hazırlamaq üçün daxilində studiyası olan 1300 kvadratmetrlik xəbər mərkəzi, həmçinin 3 dublyaj, 8 səsyazma studiyası, qrim və montaj otaqları var. Habelə “Xəzər FM” radiosu üçün ən müasir avadanlıqla təchiz olunmuş efir studiyaları yaradılıb.


Burada dörd böyük seminar və on iclas otağı, eləcə də fitnes, idman və iclas zalları, Xəzər Media və Təlim-Tədris Mərkəzi, kitabxana, uşaq bağçası, tibb məntəqəsi də fəaliyyət göstərir.

Açılış mərasimində çıxış edən Əli Həsənov əlamətdar hadisə münasibətilə kollektivi təbrik edərək bildirib ki, Xəzər Televiziyasının yeni binası ildən-ilə daha da gözəlləşən Bakının Avropanın və dünyanın ən cəlbedici şəhərlərindən birinə çevrilməsini şərtləndirən memarlıq abidələri sırasında layiqli yer tutur. Bina müasir televiziya standartlarına və yaradıcılıq tələblərinə cavab verir.



Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, müstəqil Azərbaycanda son 20 ildən artıq müddətdə baş verən bütün hadisələr, görülən işlər, reallaşdırılan tədbirlər, inşa olunan binalar, mədəniyyət və incəsənət abidələri, muzeylər, kinoteatrlar, məktəblər, mərkəzlər xalqımızın intellektinə, bu gününə və gələcəyinə xidmət etmək məqsədi daşıyan, müasir Azərbaycanın modern obrazını yaradan sənət əsərləridir. Əli Həsənov Bakının gözəlliyinin rəmzinə çevrilən binaların, mədəniyyət və incəsənət abidələrinin inşasının, genişmiqyaslı quruculuq işlərinin təməlində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin dayandığını vurğulayıb.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycanı inkişaf edən, milli-mənəvi dəyərlərinə sahib çıxaraq onları dünyada baş verən yeniliklər və inkişaf trendləri ilə zənginləşdirən dövlət kimi görmək istəyirdi. Bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin həmin arzularına tam cavab verir. Bu reallığın təməlində xalqa xidmət edən, onun maraqlarını nəzərə alan düşünülmüş siyasət dayanır.

Prezidentin köməkçisi deyib ki, dövlətimizin başçısının uğurlu idarəçilik sistemini təmin edən əsas amillərdən biri bu sistemin məhz xalqın arzu və istəkləri üzərində qurulmasıdır. Bu siyasətin gücü məhz xalqdan aldığı dəstəklə ölçülür. Xəzər Televiziyasının yeni binası da Azərbaycanda həyata keçirilən uğurlu siyasətin nəticəsidir. Bu bina postsovet məkanında ən gözəl, nümunəvi televiziya binalarından biri olmaqla yanaşı, Azərbaycanın müasir obrazının bir simasıdır.

Jurnalistikanın qarşısında mühüm vəzifələr dayandığını vurğulayan Əli Həsənov deyib: “Televiziyaya təkcə biznes kimi baxmaq olmaz. Televiziya işi ilə məşğul olanlar bunu nəzərə almalıdırlar. Televiziya ən nümunəvi ziyalını, məmuru ekrana çıxarmalıdır ki, xalqımızı doğru yola istiqamətləndirsin, onun obyektiv informasiyaya olan ehtiyacını ödəsin. Xəzər TV digər çoxsaylı televiziya kanalları ilə birgə Azərbaycanda yeni ənənə formalaşdırmalıdır. Hər birimizin amalı bundan sonra həyatımızda yaxşı nümunələri inkişaf etdirmək olmalıdır”.

Bu gün dünyada müxtəlif mədəniyyətlərin, dinlərin, məzhəblərin təlqin olunduğunu bildirən Əli Həsənov qeyd edib ki, televiziya Azərbaycan xalqının mədəniyyətini, dilini, dini modelini, dövlət-din münasibətlərini, xalqımızın milli varlığını, ictimai davranış normalarını daha da dolğunlaşdıraraq, onu müdaxilə və mənfi meyillərdən qoruyaraq saflaşdırmalıdır. Bu məsələlər Prezident İlham Əliyevin Azərbaycanın efir məkanında, mətbuat sahəsində həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Dövlətimizin başçısı Azərbaycan jurnalistikasını, televiziyasını necə görmək istədiyini çıxışlarında dəfələrlə vurğulayıb. “İnanıram ki, Xəzər Televiziyasının kollektivi də bu yolla gedərək bizi yeni-yeni uğurlarla sevindirəcək, inkişafımıza yeni ovqat gətirəcək” – deyə Prezidentin köməkçisi əlavə edib.

Mərasimdə Əli Həsənova Xəzər Televiziyasının xatirə hədiyyəsi təqdim olunub.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli yüksək səviyyədə televiziya və radio yayımına imkan verən binanın açılışını mühüm hadisə kimi qiymətləndirib. Bildirib ki, gənc özəl televiziya kanalının qısa müddətdə belə möhtəşəm, müasir binanı ərsəyə gətirməsi təqdirəlayiqdir. Bu, dövlətimizin gücünü göstərir, eyni zamanda, Prezident İlham Əliyevin Azərbaycan mediasına, sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir.

Teleradio Şurasının sədri bildirib ki, Xəzər Televiziyası fəaliyyətə başladığı ilk gündən işini teleradio yayımı ilə bağlı qanunvericiliyə uyğun qaydada qurub, Azərbaycan xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə sadiqliyini nümayiş etdirib. Sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanda televiziya və radio kanallarının fəaliyyətində milli-mənəvi dəyərlər, azərbaycançılıq məfkurəsi, vətənpərvərlik məsələləri əsas istiqamət təşkil etməlidir. N.Məhərrəmli Xəzər Televiziyasının əməkdaşlarının daha səylə çalışaraq televiziya və radio yayımı kimi məsuliyyətli işin öhdəsindən layiqincə gələcəklərinə əminliyini vurğulayıb.





Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.09.2019
Ən varlı azərbaycanlı "lotu"lar: "Lotu Quli" milyarder çıxdı (SİYAHI)
15.09.2019
Sabahın HAVA PROQNOZU
15.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva şagird, tələbə, müəllim və valideynləri Bilik Günü münasibəti ilə təbrik edib
15.09.2019
Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür
14.09.2019
İsmayıllıda yeni uşaq bağçası istifadəyə verilib