Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

XI siniflərin buraxılış imtahanlarında qiymətləndirmə qaydası dəyişib

23:29  |    30 Dekabr 2015  |   E-mail  |  Çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) kollegiyası “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”na dəyişiklik edib.

Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bu qaydalar ümumi təhsil müəssisələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydalarını müəyyən edir.

Ümumi təhsil müəssisələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) ümumi təhsil pilləsinin ümumi orta (IX) və tam orta təhsil səviyyələrini başa vuran (XI) təhsil alanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə həyata keçirilir. Ümumi orta və tam orta təhsil səviyyələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) TQDK tərəfindən aparılır. İmtahan nəticələri imtahan verildiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalası üzrə qiymətləndirilir.

İndiyə qədər tam orta təhsil səviyyəsində (XI sinif) buraxılış imtahanında 5 ballıq şkala üzrə xarici dil/kimya fənləri üzrə 0-5 suala düzgün cavab 2 bal, 6-15 suala düzgün cavab 3 bal, 16-24 suala düzgün cavab 4 bal qiymətləndirilib. Dəyişikliyə əsasən bundan sonra isə tam orta təhsil səviyyəsində imtahanda xarici dil/kimya fənləri üzrə 0-6 suala düzgün cavab 2 bal, 7-24 suala düzgün cavab 3 bal, 17-24 suala düzgün cavab 4 bal qiymətləndiriləcək.

Qeyd edək ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni), riyaziyyat və xarici dil fənləri üzrə TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Xarici dil fənni tədris edilməyən təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Hava yağmursuz olacaq
17.09.2019
Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib
17.09.2019
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi”
16.09.2019
Mehriban Əliyevadan qaziyə dəstək
16.09.2019
Sabahın HAVA PROQNOZU