Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Badamdarın kanalizasiya sistemi yenidən qurulur

20:38  |    29 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

“Azərsu” ASC Bakı şəhəri və ətraf qəsəbələrin içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması məqsədilə daha bir beynəlxalq layihənin icrasına başlayıb.


“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi çərçivəsində Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində bu gün layihə üzrə tikinti işlərinin təməlqoyma mərasimi keçirilib.

“Azərsu” ASC-nin departament rəisi Bahadur Kəngərli prezident İlham Əliyevin ölkə əhalisinin keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunmasını daim diqqətdə saxladığını xatırladaraq qeyd edib ki, hazırda respublikanın şəhər və rayon mərkəzində, həmçinin Bakıətrafı qəsəbələrdə içməli su və kanalizasiya layihələri icra olunur: “Bakı şəhəri və ətraf qəsəbələrin sosial iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Badamdar qəsəbəsində də yeni layihənin icrasına başlanılıb”.

Səudiyyə İnkişaf Fondunun layihə rəhbəri Məhəmməd Al Dallam Azərbaycan hökuməti ilə əməkdaşlığı yüksək qiymətləndirib və qeyd edib ki, fond Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin maliyyələşdiriləməsində yaxından iştirak edir: “Yaxın vaxtlarda Azərbaycan hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə tikinti-quraşdırma işlərinə də başlanılacaq”.

Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulması layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 120 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Badamdar qəsəbəsini dayanıqlı içməli su ilə təmin etmək üçün ”Alatava” su anbarının imkanlarından istifadə olunacaq. Bu məqsədlə həmin anbardan götürülən suyun Badamdar qəsəbəsindəki “Badamdar” su anbarına çatdırılması üçün 1000 mm diametrli polad borularla magistral su xətti çəkiləcək. Eyni zamanda “Alatava” su anbarındakı mövcud nasos stansiyasında və “Badamdar” su anbarında əsaslı təmir və yenidənqurma işləri aparılacaq.

Layihəyə əsasən, qəsəbə ərazisində 57,5 km uzunluğunda içməli su, 61,6 km uzunluğunda kanalizasiya xətlərinin çəkilməsi, ev birləşmələrinin verilməsi, abonentlərin smart sayğaclarla təmin olunması, qəsəbə ərazisində 210 ədəd yanğın hidrantının quraşdırılması nəzərdə tutulub.

Gələcəkdə qəsəbədə yaranacaq tullantı suları Lökbatan qəsəbəsi yaxınlığında tikiləcək və sutkalıq məhsuldarlığı 300 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək. Layihə üzrə tikinti-quraşdırma işlərinin 2017-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondu arasında “Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi üzrə kredit sazişi 20 noyabr 2009-cu ildə imzalanıb və sənəd 2010-cu ilin aprel ayında təsdiq edilib. Sazişə əsasən, ümumi dəyəri 63 milyon dollar olan layihəyə Səudiyyə İnkişaf Fondu 25 mln. dollar ayıracaq, qalan 38 mln. dollarlıq hissə isə Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək.

Qeyd edək ki, Badamdar qəsəbəsinin mövcud içməli su təchizatı və kanalizasiya şəbəkələrinin böyük hissəsi sakinlər tərəfindən fərdi qaydada yaradılmışdır. Qəsəbə sakinləri mövsümdən asılı olaraq 2-8 saatlıq rejimlə su alır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi
07.11.2019
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil verildi - FOTO
06.11.2019
Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
06.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq təqdim edilib
06.11.2019
DOST Agentliyində Bolqarıstanın Əmək və Sosial Siyasət naziri ilə görüş olub