Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6568

Digər sorğular

1500-dən çox uşağa reabilitasiya xidməti göstərilib

19:15  |    28 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Sosial xidmət haqqında” Qanuna uyğun olaraq respublika üzrə hazırda 15 min nəfərə yaxın şəxs səyyar və stasionar şəkildə sosial xidmətlərlə təmin olunur.


ƏƏSMN-nin mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, nazirliyin sosial xidmət müəssisələrində 1060 nəfər tam dövlət təminatında yaşayır ki, onlardan 330 nəfərdən çoxu sağlamlıq imkanları məhdud uşaqlardır.

Son illərdə həmin müəssisələrin bir çoxunda müasir tələblərə uyğun şərait yaradılıb və hazırda bu istiqamətdə işlər davam etdirilir. Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqların yaşadığı 1 və 2 saylı Sosial Xidmət Müəssisələrində uşaqların normal həyatı, rahatlığı, reabilitasiyası üçün nümunəvi şərait yaradılıb. Dövlət himayəsində yaşayanların hərtərəfli qayğı ilə təminatının gücləndirilməsi üçün məqsədyönlü işlər aparılmaqla, onların reabilitasiya tədbirlərinə cəlb olunmasına da diqqət yetirilir.

ƏƏSMN-nin sosial işçiləri tərəfindən 12 350 nəfər tənha ahıl və əlilliyi olan şəxs isə evlərində səyyar formada sosial-məişət xidmətləri ilə təmin edilirlər. Eyni zamanda nazirliyin sosial sifarişləri əsasında ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi müvafiq layihələr çərçivəsində 1500 nəfərdən çox ehtiyacı olan uşağa, eləcə də onların ailələrinə reabilitasiya yönümlü sosial xidmətlər göstərilir.

Qeyd edək ki, hazırda sosial xidmətlər sistemində qanunvericiliyin, institusional və praktiki iş mexanizmlərinin daha da təkmilləşdirilməsi, sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu məqsədlə müvafiq Tvinninq layihəsi üzrə mütərəqqi dünya təcrübəsinin öyrənilməsi istiqamətində işlər aparılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib
08.11.2019
Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi
07.11.2019
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil verildi - FOTO
06.11.2019
Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
06.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq təqdim edilib