Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

Zaqatala və Astarada yeni məktəblər açılıb

21:42  |    24 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Bu gün Zaqatala rayonu Yengiyan kənd və Astara rayonu Artupa kənd tam orta məktəblərinin açılış mərasimləri keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Zaqatala rayonu Yengiyan kənd tam orta məktəbinin açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov, Astara rayonu Artupa kənd tam orta məktəbinin açılışında isə təhsil nazirinin müavini Firudin Qurbanov iştirak edib. Hər iki tədbirə yerli icra hakimiyyətlərinin rəsmiləri, məktəblilər və kənd ictimaiyyətinin nümayəndələri qatılıb.

Açılış mərasimlərində bildirilib ki, son 11 il ərzində Azərbaycanda 3000-ə yaxın ümumtəhsil müəssisəsi tikilib və ya əsaslı təmir olunub.

Qeyd edək ki, Zaqatala rayonu Yengiyan kənd tam orta məktəbi 264, Astara rayonu Artupa kənd tam orta məktəbi isə 360 şagird yerlikdir.

Məktəb binalarında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri mövcuddur, həmçinin təhsil ocaqlarına internet və telefon xətləri də çəkilib. Təhsil müəssisələrinin istiliklə təminatı üçün müasir tələblərə cavab verən qazanxana quraşdırılıb. Məktəblərin ərazisində inşa olunmuş futbol meydançası və müxtəlif idman qurğuları şagirdlərin fiziki inkişafının təmin olunmasına xidmət edir.
Təhsil müəssisələri üçün ayrıca transformator yarımstansiyası quraşdırılıb və ehtiyat su anbarı tikilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi
07.11.2019
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil verildi - FOTO
06.11.2019
Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
06.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq təqdim edilib
06.11.2019
DOST Agentliyində Bolqarıstanın Əmək və Sosial Siyasət naziri ilə görüş olub