Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6894

Digər sorğular

Pensiyalar artacaq

19:30  |    24 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

"Mövcud qanunvericiliyə əsasən, hər il Azərbaycan prezidenti tərəfindən pensiyaların sığorta hissəsinin və fərdi hesablara toplanan pensiya kapitallarının indeksləşdirilməsi barədə qərar qəbul edilir".

“APA-Economics”in məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev manatın devalvasiyasından sonra pensiyaların artırılıb-artırılmayacağına aydınlıq gətirib.

O bildirib ki, əmək pensiyaları haqqında qanunun müvafiq müddəası ilə tənzimlənən qanunvericilik normasıdır: "Qanunvericiliyin tələblərinə və Azərbaycan prezidenti tərəfindən veriləcək sərəncama uyğun olaraq DSMF lazımi addım atacaq. Avtomatlaşdırılmış rejimdə pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi, həm də fərdi hesablara toplanan pensiya kapitallarının artırılması reallaşdırılacaq".

Fond sədri deyib ki, qiymətlərin indeksi elan olunduqdan sonra prezidentin tapşırığına uyğun olaraq indeksləşmə reallaşdırılacaq. E. Mehdiyev əlavə edib ki, bunun üçün kifayət qədər vəsait var.

"Mövcud qanunvericilikdə hər il pensiyaların inflyasiya faizləri nəzərə alınmaqla indeksləşdirilməsi proseduru müəyyənləşdirilib: Bu il ölkə prezidenti tərəfindən verilən sərəncama uyğun olaraq, pensiyaların sığorta hissəsi və fərdi hesablara toplanan pensiya kapitallarının indeksləşdirilməsi aparılıb", - deyə qurum rəhbəri bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
İyun ayında qeyri-iş günlərinin sayı bəlli oldu
01.06.2020
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq
29.05.2020
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb
27.05.2020
Elm adamları koronavirusun metroda necə yayıldığını göstərdi - Sərnişinlərin diqqətinə...
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?