Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6568

Digər sorğular

Manat öldü, turizm də onunla birlikdə...

16:08  |    24 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Turpaket satışı dayandırılıb, qiymətlər 35-40 faiz artıb
Manatın devalvasiyası ilə turizm sektorunda da ciddi problemlər yaranıb. Yeni il qabağı xüsusi bayram turpaketlərinin satışı dayandırılıb. Bu barədə bizə açıqlamasında “Fly Travel” şirkətinin sahibi Məmməd Əliyev bildirdi. Dedi ki, manatın qəfil düşməsi ilə Yeni il turpaket satışının dayandırılması barədə əməkdaşlıq etdiyi şirkətlərdən qərar gəlib. Amma arzu edən turistlər bilet və hotelləri ayrı-ayrılıqda bron edə bilirlər.

Müsahibimizin sözlərinə görə, son iki gündə bilet və hotel qiymətlərində kəskin artım var. Belə ki, bu zamana qədər azərbaycanlılar daha çox Istanbul səfərinə üstünlük verirdi. Bu halda İstanbul hotellərinin bir sutkalıq qiyməti 50 dollardan, 52 AZN olaraq hesablanırdı. Devalvasiyadan sonra isə İstanbulda bir gecəlik qonaqlama 77 AZN-dən hesablanır.

Avropa turlarını seçən azərbaycanlılar üçün də qiymətlər bir günün içində astronomik həddə çatıb. Məsələn, Praqaya bilet əvvəl 600 AZN idisə, devalvasiyadan sonra 850 AZN olub. Hotellərin bir gecəlik qiyməti isə 175 AZN-dən hesablanır. M.Əliyev dedi ki, əvvəl iki nəfərlik, 5 gecəlik Praqa səyahət paketi 1500 AZN-ə başa gəlirdisə, indi bu məbləğ 2500 AZN olub.

Devalvasiyadan öncə turpaketlərini alanlar ondan istifadə edə biləcək və əlavə heç bir ödəmə etməyəcəklər. Amma turpaketin 50 faizini ödəyənlər geridə qalan məbləği yeni kurs üzrə ödəyəcəklər.

“NZ Travel”dən isə bildirdilər ki, turpaketlərin qiymətində 35-40 faizlik artım müşahidə olunur. Daha çox Dubay, Türkiyə turlarına üstünlük verən həmvətənlərimiz eyni zamanda Avropa şəhərləri arasında Praqa və Parisi daha çox tərcih edirlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib
08.11.2019
Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi
07.11.2019
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil verildi - FOTO
06.11.2019
Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
06.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq təqdim edilib