Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

UNEC-də Türk Dünyası İqtisadçılar Birliyi təsis edilib

13:30  |    24 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq Türk Akademiyasının prezidenti professor Darhan Kıdırali və UNEC rektoru, professor Ədalət Muradov Türk Dünyası İqtisadçılar Birliyinin təsis edilməsi haqqında qərar imzalayıblar.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, Türk dünyası dövlətlərinin və digər respublikaların maraqlı iqtisadçılarının könüllü beynəlxalq birliyi kimi fəaliyyət göstərəcək Türk Dünyası İqtisadçılar Birliyinin əsas məqsədi türk dünyası iqtisadçıları arasındakı əməkdaşlıq əlaqələrini qurmaq və inkişaf etdirmək, onlar arasında iqtisadi tədqiqatlar üzrə beynəlxalq standartların tətbiqini genişləndirmək və türk dünyasının iqtisadi mirası və gələcək iqtisadi inkişafı istiqamətlərində elmi tədqiqat və nəşr fəaliyyətlərini həyata keçirməkdir.

Təsis qərarının imzalanması mərasimində çıxış edən professor Darhan Kıdırali və professor Ədalət Muradov qloballaşan dünyada türk dünyasının elm və təhsil sahəsindəki əməkdaşlığının fövqəladə əhəmiyyətli olduğunu vurğulayıb və yeni yaranan Birliyin bu sahədəki böyük bir boşluğu dolduracağından ümidli olduqlarını bildiriblər. Natiqlər həmçinin dünya iqtisadiyyatında baş verən son tendensiyalar çərçivəsində türk dünyası ölkələri üçün yeni iqtisadi reallıqların ortaya çıxdığını və bu baxımdan da türkdilli iqtisadçıların birgə elmi fəaliyyətinin bu ölkələrin gələcək iqtisadi inkişafına mühüm töhvələr verə biləcəyinə inandıqlarını qeyd ediblər.

Birliyə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan dövlətlər və digər respublikaların maraqlı iqtisadçıları və ya onların milli assosiasiyaları üzv ola biləcəkdir. Fəaliyyətində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında 3 oktyabr 2009-cu ildə qəbul olunan Naxçıvan razılaşmasını, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat sahəsində təhsilin və elmin inkişafına yönələn qərarlarını, Beynəlxalq Türk Akademiyası və Azərbaycan Dövlət İqtisad Universiteti arasındakı əməkdaşlıq Memorandumunu və Əsasnaməsini rəhbər tutacaq Birliyin icraçı orqanı kimi daimi Katibliyi UNEC-də yerləşəcək. Birliyin təsisçilərindən biri kimi Beynəlxalq Türk Akademiyası isə onun beynəlxalq fəaliyyətini təmin edəcək və digər beynəlxalq təşkilatlarla əlaqələrini tənzimləyəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi
07.11.2019
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil verildi - FOTO
06.11.2019
Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
06.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq təqdim edilib
06.11.2019
DOST Agentliyində Bolqarıstanın Əmək və Sosial Siyasət naziri ilə görüş olub