Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6702

Digər sorğular

Rusiya Türkiyəyə ağır barışıq şərtləri irəli sürdü -VİDEO

15:15  |    15 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov bu ölkəyə məxsus "Su-24" təyyarəsinin vurulmasından sonra iki ölkə arasında gərginləşən münasibətlərin normallaşması üçün ilkin şərtləri açıqlayıb.


APA TV-nin Vesti.ru-ya istinadən məlumatına görə, rus səfir ilk olaraq noyabrın 24-də baş vermiş məlum insidentə görə Türkiyə hakimiyyətinin üzr istəməli olduğunu deyib.

İkinci şərt kimi hadisənin günahkarlarının tapılıb cəzalandırılması irəli sürülüb. Nəhayət, üçüncü tələbdə deyilir ki, dəymiş ziyana görə Türkiyə Rusiyaya kompensasiya ödəməlidir: "Əgər bizim gözləntilərimiz özünü doğrultmazsa, Türkiyə tərəfinin sonrakı bəyanatları da yaranmış vəziyyəti normallaşdıra bilməyəcək. Rəsmi Ankaranın dialoq tərəfdarı olması barədə söylədiyi fikirlərə rəğmən, verdiyi bəyanatlar bu cür yanaşma ilə heç bir halda uzlaşmır".

Rusiyalı diplomat həmçinin vurğulayıb ki, rus pilotlarından birinin ölümündə Türkiyə vətəndaşı Alparslan Çelikin əli var. Çünki adı çəkilən şəxs hadisədən sonra pilota atəş açıb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.02.2020
Elmar Məmmədyarov Beynəlxalq Konfransda iştirak edəcək
15.02.2020
XİN sözçüsü: “Qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”
15.02.2020
Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçirilir YENİLƏNƏCƏK
15.02.2020
Sahil Babayev Mikloş Kaşlerlə görüşüb
15.02.2020
Azərbaycan Prezidenti litvalı həmkarını milli bayram münasibətilə təbrik edib