Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6702

Digər sorğular

34 islam dövləti yeni ittifaq yaratdı

16:00  |    15 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Dünyanın ən böyük şiə dövləti olan İran isə bu birlikdən kənarda qalıb

İslam ölkələri terrorla mübarizədə yeni ittifaq yaradıblar. Lent.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət telekanalı olan “Arabiya TV” məlumat yayıb. İttifaqda Qatar, BƏƏ, Türkiyə kimi ölkələr daxil olsa da, İran kimi böyük şiə ölkəsinin birlikdə təmsil olunmaması diqqəti cəlb edir. Yaranan yeni təşkilatın adı belədir: Terrora qarşı İslam İttifaqı.

Bildirilir ki, yeni təşkilat həm də hərbi funksiyanı yerinə yetirəcək və terrora qarşı mübarizə aparacaq. Səudiyyə Ərəbistanının təşəbbüsü ilə yaradılan təşkilatın mərkəzi ofisi Ər Riyad şəhərində yerləşəcək.

Maraqlıdır ki, təşkilatın bəyannaməsində “Məzhəbi və ya adı nə olursa-olsun bütün islamı pisliklərdən qorumaq” ifadəsi işlənsə də, ən böyük şiə ölkəsi olan İran bura üzv olmayıb.

İttifaqa daxil olan ölkələr bunlardır: Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, Pakistan, İordaniya, Tunis, Qatar, Liviya, Mali, Mərakeş, Somali, Sierra Leone, Sudan, Komor Adaları, Mavritaniya, Niger, Nigerya, Yəmən, Qabon, Maldiv adaları, Gvineya, Fələstin, Çad, Toqo, Cibuti, Seneqal, Malayziya, BƏƏ, Bəhreyn, Banqladeş, Benin, Livan və Küveyt.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.02.2020
Elmar Məmmədyarov Beynəlxalq Konfransda iştirak edəcək
15.02.2020
XİN sözçüsü: “Qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”
15.02.2020
Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçirilir YENİLƏNƏCƏK
15.02.2020
Sahil Babayev Mikloş Kaşlerlə görüşüb
15.02.2020
Azərbaycan Prezidenti litvalı həmkarını milli bayram münasibətilə təbrik edib