Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6704

Digər sorğular

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü Tiflisdə keçiriləcək

20:24  |    13 Dekabr 2015  |   E-mail  |  Çapa göndər


Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü dekabrın 21-22-də Tiflisdə keçiriləcək.

Qaziler.az bildirir ki, bu barədə APA-nın Gürcüstan müxbirinə bu ölkənin xarici işlər naziri Giorgi Kvirikaşvili bildirib.

Onun sözlərinə görə, üç ölkənin nazirləri görüş çərçivəsində bir çox istiqamətlərdə günün aktual və vacib məsələlərini müzakirə edəcəklər: "Üçtərəfli görüşdə bizim bir çox istiqamətlərdə əməkdaşlığımız barədə aktual məsələlər müzakirə olunacaq. İlk növbədə ölkələrimiz arasında strateji tərəfdaşlıq, həmçinin iqtisadi əməkdaşlıq, o cümlədən Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinin vəziyyəti və "İpək Yolu" layihəsi üzrə əməkdaşlıq çərçivəsində digər nəqliyyat-loqistika layihələr və başqa vacib məsələlər müzakirə olunacaq".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.02.2020
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20.02.2020
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub
19.02.2020
İstanbulda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
19.02.2020
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri başlayıb
17.02.2020
Elmar Məmmədyarov Beynəlxalq Konfransda iştirak edəcək