Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6702

Digər sorğular

Azərbaycan XİN Edvard Nalbandyanın iddialarına cavab verib

22:49  |    12 Dekabr 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın iddialarına cavab verib.

Qaziler.az-ın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Ermənistanın ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesində qeyri-konstruktiv, beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş siyasəti və hətta həmsədr dövlətlərin prezidentləri səviyyəsində verilmiş bəyanatların mahiyyətini təhrif etməkdən belə çəkinməməsi Minsk qrupu formatına qarşı ən böyük hörmətsizliyin nümunəsidir.

O qeyd edib ki, Ermənistan bu siyasətini 3-4 dekabr 2015-ci il tarixində ATƏT-in Belqradda Nazirlər Şurasının keçirildiyi və Minsk qrupu həmsədrlərinin xarici işlər nazirləri səviyyəsində münaqişənin həlli ilə əlaqədar bəyanatla çıxış etdikləri bir vaxtda cəbhədə vəziyyəti gərginləşdirməklə bir daha nümayiş etdirib: “Ümumiyyətlə, BMT nizamnaməsinə zidd olaraq, güc tətbiq etmək və qanlı etnik təmizləmə törətməklə, Azərbaycanın ərazilərini işğal etməsi və münaqişə ilə əlaqədar olaraq, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə məhəl qoymaması, işğal olunmuş ərazilərdə qeyri-qanuni əməllər törətməsi, o cümlədən Azərbaycan xalqına məxsus maddi-mədəniyyət və dini abidələrin vandalizmə məruz qoyması Ermənistanın beynəlxalq ictimaiyyətə və beynəlxalq hüquqa qarşı hörmətsizlik və etinasızlığının ifrat göstəricisidir”.

Xatırladaq ki, E. Nalbandyan dünən Avstriyada Ermənistanın xarici ölkələrdəki səfirləri və beynəlxalq təşkilatlardakı daimi nümayəndələri ilə görüşüb. Həmin görüşdə o, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin çağırışına cavab olaraq son günlər cəbhə xəttindəki vəziyyətin gərginləşməsini həmsədr ölkələrə və beynəlxalq ictimaiyyətə vurulmuş sillə kimi qiymətləndirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.02.2020
Elmar Məmmədyarov Beynəlxalq Konfransda iştirak edəcək
15.02.2020
XİN sözçüsü: “Qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”
15.02.2020
Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçirilir YENİLƏNƏCƏK
15.02.2020
Sahil Babayev Mikloş Kaşlerlə görüşüb
15.02.2020
Azərbaycan Prezidenti litvalı həmkarını milli bayram münasibətilə təbrik edib